Carindag - Wikipedia
Çarındağ - Haqqında Məlumat
Çarındağ — Azərbaycan (Qəbələ rayonu) və Rusiyanın (Dağıstanın Doqquzpara rayonu) sərhədlərində yerləşən Baş Qafqaz silsiləsinin dağ zirvəsi. Hündürlüyü 4079,5 metrə bərabərdi.
Çarındağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Böyük Qafqaz |
Dağ silsiləsi | Baş Qafqaz silsiləsi |
Mütləq hündürlüyü | 4079,5 m |
Yerləşməsi | |
41°12′48″ şm. e. 47°43′56″ ş. u.HGYO | |
Ölkələr | |
Rayonlar | |
|
|
|
Azərbayacanın ən hündür altıncı zirvəsidi.[1]
Coğrafi xüsusiyyətləri
redaktəÇarındağ Bazardüzü və Raqdan ilə birlikdə Baş Qafqaz silsiləsinin zirvələr sırasında durur. Dağın yamaclarında Çarun yaylası yerləşir. Dağın qolu 6 km uzunluğunda kanyon əmələ gətirib. Qoldan qərbdə uzunluğu 5 km bərabər olan Mullar kanyonu var. Kanyonda 7–8 m yıxılma yüksəkliyi olan iki şəlalə yerləşir.[2] Dağın zirvəsi üzrə Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədi keçir,
İstinadlar
redaktə- ↑ "Azərbaycan Dağ Zirvələri Arxivləşdirilib 2016-02-15 at the Wayback Machine" Tourism.az
- ↑ Dağıstanın Doqquzpara rayonunun rəsmi saytı Arxivləşdirilib 2011-10-09 at the Wayback Machine (rus dilində)