Caparli Agsu - Wikipedia
Çaparlı_(Ağsu) - Haqqında Məlumat
Çaparlı — Azərbaycan Respublikasının Ağsu rayonunun Çaparlı kənd inzibati ərazi dairəsində kənd.[1] Əhalisi 773 nəfərdir (2009).
Çaparlı | |
---|---|
40°30′52″ şm. e. 48°27′27″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəLəngəbiz silsiləsinin ətəyindədir. Keçmiş adı Gorus Çaparlı olmuşdur. 1813-cü ildə rus ordusu Azərbaycanı işğal edəndə Tovuz, Şəmkir və Qovlar qədim yaşayış sahələrindən qovulmuş Qaraduzlu və Çaparlı tayfaları, eləcə də Gorusdan Körus tayfalarının bir hissəsi Türkiyənin Qars vilayətinə, az bir hissəsi - 300 ailə isə Şirvan zonasına üz tutublar. Bununla da həmin ailələr Ağsu rayonunun ərazisində məskunlaşaraq, Çaparlı kəndini yaradıblar.[2]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Çaparlı (Ağsu) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
Həmçinin bax
redaktə Ağsu rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |