Calmaxci - Wikipedia
Çalmaxçı - İrəvan əyaləti, Qırxbulaq nahiyəsi, İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, kənd. Kəndin adı İrəvan əyalətinin icma dəfdərində Çölməkçi olaraq keçir.
S.Zelinskinin İrəvan şəhərində qeydə aldığı 7 məhəllədən beşinin adı Azərbaycan dilindədir: Təpəbaşı məhəlləsi, Şəhər məhəlləsi (Mərkəz), Xanlıqbağ məhəlləsi, Dəmirbulaq, Dərəkənd məhəlləsi. Burada qeyd edilən Malakan məhəlləsi, adından da göründüyü kimi, vaxtilə İrəvan şəhərinə köçürülmüş malakanlara məxsusdur. Ermənilərin yaşadığı Çolmaqçı məhəlləsi əvvəllər ayrıca şəhərətrafı kənd kimi mövcud olmuş, yalnız 1843-cü ildə İrəvana birləşdirilmişdir. Məqalədə "Nortskiy kvartal" adlandırılan sahə isə Türkmənçay sülh müqaviləsindən sonra İrandan və Türkiyədən köçürülmüş ermənilərin məskunlaşdırılması üçün salınmış yeni məhəllədən ibarətdir.[1]
1879-cu ildə rus arxeoloqu A.İvanovski İrəvan ətrafındakı Çölməkçi kəndində üzərində mixi yazıları olan və Urartu çarı I Argiştinin hakimiyyəti dövrünə aid mətni əks etdirən bazalt daş aşkar etmişdir[2][3]
Naxçıvanda Şərur rayonunun Muğancıq kəndi üç tayfadan (Çölməkçi, İrzalı, Məşədiməmmədli) ibarət olmuşdur.[4][5]
Kəndin adı dəyişdirilərk Nork və ya Norke adlandırılmışdır.
Əhalisi
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-24.
- ↑ Оганесян К. Арин-берд (Ганли-тапа) – Урартская крепость города Ирпуни. Известия Академии Наук Армянской ССР, № 8, 1951, с. 75
- ↑ "Arxivlənmiş surət" (PDF). 2022-08-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-11-24.
- ↑ AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ ARİF MUSTAFAYEV AZƏRBAYCANIN MADDİ MƏDƏNİYYƏT TARİXİ (etnoqrafik materiallar əsasında tipoloji tədqiqat) Bakı Dövlət Universitetinin 90 illik yubileyinə ithaf olunur BAKI «Bakı Universiteti» nəşriyyatı 2009
- ↑ "Arxivlənmiş surət" (PDF). 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-11-24.