Caka Beyliyi - Wikipedia
Çaka bəyliyi — Anadolu bəyliklərindən biri.
Tarixi dövlət | |
Çaka bəyliyi | |
---|---|
Çaka Beyliği | |
|
|
Rəsmi dilləri | Türk dili |
Dövlət dini | İslam |
Tarixi
redaktəÇaka bəyliyi 1081-ci ildə İzmirdə qurulmuşdur. Qurucusu Çaka bəydir. 1093-cü ildə Bizanslılar tərəfindən dağıdıldı. Beləcə Qərbi Anadoludakı ilk Türk suverenliyi sona çatmış oldu. Çaka bəyliyi İzmirdə qurulduğu üçün bir çox dəniz fəaliyyəti reallaşdırmış, dəniz döyüşlərində əhəmiyyətli rol oynamışdır. Ayrıca ilk Türk dənizçi dövlətdir. Çaka bəyin Çanaqqala bölgəsini ələ keçirməsindən sonra öz suverenliyi üçün narahat olan kürəkəni Birinci Kılıçarslan Çaka bəyi öldürtmüş və bu bəyliyə son vermişdir.
Çaka bəy dövləti Qərbi Anadoluda İslamın qəbul olunmasından sonra inkişaf edən Türk hökmdarlıqları dövründə mövcud olması baxımından çox əhəmiyyətlidir. Çünki Avropanın şərqində və bu bölgələrdə daha əvvəllər, Roma Dövləti və ayrılmadan sonra Şərqi Roma İmperiyası (Bizans) sərhədləri içində yaşayan müsəlman olmayan Türk tayfaları mövcud idi.