Cemen Taxtabitisi - Wikipedia
Çəmən taxtabitisi (lat. Lygus pratensis L) — Buğumayaqlılar tipinin yarımsərtqanadlılar və ya taxtabitilər dəstəsinə aid olan növ.
Çəmən taxtabitisi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Çəmən taxtabitisi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Biologiyası
redaktəÇəmən taxtabitisi əsas yem otlarına zərər verir. Qorxulu zərərverici hesab olunur. Çəmən taxtabitisinin bədəni uzunsov dairəvi olub, üzəri batıq nöqtələrlə örtülüdür. Bığcıqları bədəndən qısadır. İkinci buğumun sonu bir qədər yoğunlaşmışdır. Bədəninin rəngi çox dəyişkən olub, yaşılımtıl-sarıdan tutqun bozumtul rəngə qədər dəyişməklə üstündə qırmızımtıl və ya qəhvəyi ləkələr olur. Bel qabağı üzərində 4, başın üzərində isə 3 tutqun xətt vardır. Bədəninin uzunluğu 5–7,5 mm-dir.[2] Bu taxtabitilərin yumurtası 1 mm uzunluğunda olub, bardaqşəkillidir. Üst tərəfində qapaqcığı vardır. Yumurtaları bitkinin gövdəsi və ya toxuması içərisində elə qoyurlar ki, qapaqcıq həmişə xaricdə qalır. Bu növ yetkin formada tökülmüş xəzlərin, bitki qalıqlarının və ağac qalıqlarının altında qışlayır. Çəmən taxtabitisi erkən yazda (aprelin əvvəllərində) digər taxtabitilər kimi qışlama yerindən çıxır. Çəmən taxtabitisi müxtəlif növ bitkilərlə qidalanır. O, tarla bitkilərindən xaşıya, qara yoncaya, kartofa, çuğundura, noxuda, bağ bitkilərindən əriyə, almaya, armuda, çiyələyə, bostan bitkilərindən xiyara, gül kələmə və başqalarına zərər verir. Bu taxtabitinin müxtəlif növ bitkilərlə qidalanmasının səbəbi bu bitkilər üzərində bütün vegetasiya dövrü cavan zoğların olmasıdır. Payıza yaxın sahələrdə bu növün miqdarı daha çox olur. Azərbaycan şəraitində bu növ ildə 2-dən çox nəsil verir. Yazda qoyulmuş yumurtadan çıxan sürfələrin inkişafı 30–35 günə başa çatır. Yayda qoyulmuş yumurtaların inkişafı isə 25 gün çəkir. Birinci nəsil sürfələr iyunun birinci yarısında, ikinci nəsil sürfələr iyulun ortalarında və üçüncü nəsil sürfələr isə avqust və sentyabr ayında yetkin formaya keçir. Havalar isti keçdikdə taxtabitilər çox fəal olur. Zədələnmə nəticəsində bitkinin normal inkişafı pozulur.
Yayılması
redaktəÇəmən taxtabitisi ən geniş yayılmış növlərdən biridir. Avropa, Asiya, Çində, Yaponiya və Şimali Amerikanın hər yerində yayılmışdır. Azərbaycanda ən geniş yayılmış növlərdən biridir. Bu növə respublikamızın bütün düzən, dağətəyi və dağlıq rayonlarında təsadüf edilir.
Ədəbiyyat
redaktə- Azərbaycanda Kənd təsərrüfatı bitkilərinə zərər verən Yarımsərtqanadlılar (Taxtabitilər) C. A. Hidayətov, 42
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ Azərbaycanda Kənd təsərrüfatı bitkilərinə zərər verən Yarımsərtqanadlılar (Taxtabitilər) C. A. Hidayətov, 42