Toyuq ciyərindən qəlyənaltı Resepti - Hazirlanma Qaydasi
Toyuq ciyərindən qəlyənaltı

Tərkibi: Toyuq ciyəri-600 q Yumurta-2 ədəd Kök-1 ədəd Soğan-1 ədəd. Smetan-3 xörək qaşığı Un-2 xörək qaşığı Qat-qat xəmir-500 q Duz-istiot- zövqə görə "Möcüzə" duru yağı(qarğıdalı) Hazırlanması: Soğanı xırda-xırda doğrayıb yağda bir az qovururuq. Sonra kökü təmizləyib, sürtkəcdən keçirib soğanın üzərinə əlavə edirik. 5 dəqiqə birlikdə qovururuq.Toyuq ciyərini yuyub blenderdə yaxşıca qarışdırırıq. Sonra bişirdiyimiz kök və soğan qarışığını əlavə edib yenə qarışdırırıq. Yumurtanın sarısını, smetan və duz-istiot üzərinə əlavə edib yenə qarışdırırıq. Blenderin bıçağını çıxarıb un əlavə edirik və əl mikseri ilə yavaş-yavaş qarışdırırıq. Sonra isə yumurtanın ağını əlavə edib yenə qarışdırırıq. Qat-qat xəmiri eyni ölçüdə dördkünc kəsirik. Və biskivit üçün olan formalara yerləşdirib içliyi üzərinə qaşıqla az-az əlavə edirik. Əvvəlcədən isinmiş sobada 180 dərəcədə 20-25 dəqiqə bişiririk. Toyuq ciyərindən qəlyənaltımız hazırdır. Nuş olsun!
Yemək Reseptlərimiz
![]() |
Pəhriz salatı Tərkibi: 0.5 kiloqram lobya 2 ədəd iri pomidor 1 ədəd bolqar bibəri 1 dəstə cəfəri Azərduz yodlu narın xörək duzu Hazırlanması: Əvvəlcə lobyaları təmi |
![]() |
Almalı, yulaflı oladilər Tərkibi: 3 ədəd yumurta 1 su stəkan yulaf (Qerkules) 1 st süd və ya süd zərdabı Şəkər zövqə görə 1 çimdik duz Apardığı qədər un Qızartmaq üçün "Möcüzə |
![]() |
Toyuq ətli pomidorlu salat Tərkibi: 4 ədəd pomidor 1 budaq kərəviz 1 ədəd qırmızı soğan (xırda doğranmış) 400 qr bişmış toyuğun döş ətı 5-6 ədəd kahı yarpağı |
![]() |
Forel balıqlı salat-kokteyl Tərkibi: Xırda pomidor Xiyar Forel və ya hər hansı qırmızı balıq növü Qara zeytun Limon 150 qram holland pendiri Kahı "Bizim Süfrə" klassik mayonezi H |
![]() |
Kokoslu peçenye Tərkibi: 150 q kokos 1 ədəd yumurta 50 q şəkər tozu 1 paket vanilin "Möcüzə" duru yağı |
![]() |
"Qar adamı "salatı Tərkibi:KökKartof YumurtaƏrik qurusuTəzə xiyarDöş əti"Bizim Süfrə" zeytunlu mayoneziBəzəmək üçün:Yumurta ağıPomidorKökZeytunŞüyüdRəngli konfetlərQarğı |
![]() |
"Tezbazar" salatı Əziz xanımlar, bu salat olduqca tez hazır olan və dadlı salatdı. Gözlənilməz qonağınız gəldikdə tez bir zamanda hazırlayıb süfrənizi zənginləşdirə və |
![]() |
"TOVUZ QUŞU" MƏZƏSİ Tərkibi:BadımcanPendirSarımsaq"Bizim Süfrə" klassik mayoneziUn, bitki yağıAzərduz yodlu narın xörək duzu Bəzək üçün:XiyarPomidorZeytun Qeyd: Tərkibdə |
![]() |
Limonlu dondurma lazım olan ərzaqlar limon 1 ədəd 30-35% qaymaq 500q qatılaşdırılmış süd limonun suyunu sıxırıq qaymağı mikserlə yaxşıca qarışdırırıq sonra qatılaşdırı |
![]() |
Sobada sadə peraşki Tərkibi: 500 qr un 200 qr "Möcüzə" paket yağı 1 st süd 1 ç/q maya Duz İçlik üçün: 300 qr ət və ya toyuq döş əti 2-3 ədəd soğan Duz İstiot Yağ Hazırlan |