Sadə salat Resepti - Hazirlanma Qaydasi
Pulsuz Mobil Yuklemeler-(Yeni)
Sadə salat

Tərkibi: 4 ədəd kartof 50 q toyuğun döş əti 30 q xiyar turşusu 2 ədəd pomidor 2 ədəd yumurtanın ağı Mayonez 2 ədəd təzə xiyar Zövqə görə duz, istiot Cəfəri və şüyüd Kahı yarpaqları Hazırlanması: Əvvəlcə toyuğun döş ətini bişməyə qoyuruq. Kartof və yumurtanı da bişiririk. Bişmiş tərəvəzləri təmizləyirik. Əvvəlcə kartofu kub şəkildə doğrayırıq. Sonra xiyarı da bu formada doğrayırıq və kartofun üstünə əlavə edirik. Duzlu xiyarı da xırda-xırda doğrayırıq. Yumurtanın ağını kub şəkildə doğrayırıq və tərəvəzlərin üstünə əlavə edirik. Toyuğun ətini xırda doğrayıb salata əlavə edirik. Pomidoru da doğrayırıq və ətin üstünə əlavə edirik. Sonda isə göyərti əlavə edirik. Mayonez, duz, istiot vurub qarışdırırıq. Kahının yarpaqlarını yuyub quruduruq. Salat qabımızın üzərinə düzürük. Sonra hazır salatımızı kahı yarpaqlarının üzərinə qoyuruq. Üzərinə də kub şəkildə doğranmış pomidor səpirik və ortasına da 2-3 yarpaq cəfəri qoyuruq. Salatımız hazırdır. Nuş olsun!
Yemək Reseptlərimiz
![]() |
Şokoladlı albalı Tərkibi: Albalı - 30 ədəd Tünd şokolad - 50 q Kokos – 30 q Hazırlanma qaydası Albalını yuyuruq, amma saplağından ayırmırıq. Şokoladı əridib qaba tökür |
![]() |
Blinçikli dadlı qəlyanaltı Tərkibi: 8-10 ədəd blincik 500 qram qaynadılmış ət 100 qram kələm 1 ədəd yerkökü 1 baş soğan 5 x.q. qaynadılmış düyü 50 qram " Wellington" kərə yağı 2 |
![]() |
"Sevinc" salatı Tərkibi: 2 ədəd pomidor 2 ədəd təzə xiyar 5-6 yarpaq kahı 200 q pendir 2 x.q xama 0.5 diş sarımsaq Hazırlanması: Əvvəlcə kahı yarpaqlarını əlinizlə xı |
![]() |
Qabaq ilə ədviyyatlı krem-şorba Tərkibi: 2 porsiya üçün nəzərdə tutulub. 400 qr. qabaq 100-200 ml qaymaq 1 ç.q duz 0,25-0,5 ç.q kerri tozu 2-3 budaq şüyüd 15 qr. suxari Hazırlanması: |
![]() |
Heyvalı salat və sarımsaqlı kök salatı Heyvalı salat Ərzaqlar: 300 qram file 2 ədəd kartof 2 ədəd kök 2 ədəd "Bizim Tarla" xiyar turşusu 1 ədəd heyva "Bizim Süfrə" limonlu mayonezi, xama Az |
![]() |
Listdə pendirli rulo boxça Tərkibi: 1 bardaq ilıq süd, 1 bardaq ilıq su, 1 yumurta ağı, (sarısı üzərinə) 0,5 st "Möcüzə" qarğıdalı yağı, 1 qaşıq şəkər tozu, Ağ pendir, 1 paket y |
![]() |
Fərqli salat Lazım olan ərzaqlar : Kartof Kök Çuğundur "Bizim Tarla" xiyar turşusu Sous üçün: Kiçik banka "Bizim Tarla" yaşıl noxud konservi Yarım limonun suyu 1-2 |
![]() |
Sürpriz salatı Tərkibi. 2 ədəd yerkökü 3 ədəd yumurta 200 qr qoz 200 qr kişmiş 1 ədəd nar "Bizim Süfrə" klassik mayonezi Azərduz yodlu narın xörək duzu Hazırlanması. |
![]() |
Qozlu badımcan salatı Tərkibi: 2 ədəd badımcan 2 diş sarımsaq (xırda doğranmış) 2 x.q xırda doğranmış kərəviz 3 x.q limon şirəsi 3 x.q "Möcüzə" duru yağı 100-150 q qoz ləpə |
![]() |
Almalı, yulaflı oladilər Tərkibi: 3 ədəd yumurta 1 su stəkan yulaf (Qerkules) 1 st süd və ya süd zərdabı Şəkər zövqə görə 1 çimdik duz Apardığı qədər un Qızartmaq üçün "Möcüzə |