Qarağatlı, alma piroqu Resepti - Hazirlanma Qaydasi
Qarağatlı, alma piroqu

Tərkibi: Xəmir üçün: 2,5 st. un 2 ç.q şəkər tozu 125 q soyuq “Möcüzə” paket yağı 6-8 y.q buzlu su ½ ç.q duz ½ ç.q qabartma tozu Yumurta sarısı (piroqun üzəri üçün) İçlik üçün: 700 q alma 100 q qəhvəyi şəkər tozu 1 ç.q darçın ¾ st. qara qarağat Hazırlanması: Əvvəlcə xəmiri hazırlayın. Ələnmiş unun üzərinə qabartma tozu, duz və şəkər tozunu əlavə edin. Sonra onun üzərinə kub şəklində doğranmış yağı əlavə edin və qarışdırın. Qarışımın üzərinə 4 yemək qaşığı buzlu su əlavə edib qarışdırın. Ehtiyac olda yerdə qalan suyu da əlavə edin. Xəmiri yumrulayın və qida klokuna bükün. Sonra isə 30 dəqiqə soyuducuda saxlayın. Xəmiri soyuducudan götürəndən sonra iki yerə bölün. Hissələrdən biri böyük olsun, digəri isə balaca. Böyük hissəyə dairəvi forma verin və yağlanmış qaba qoyun. Sorna isə onu qabla birlikdə soyuducuya qoyun. Artıq içliyi hazırlaya bilərsiniz. Almaları yuyun, qurudun və təmizləyin. Sonra isə orta ölçülü hissələrə kəsin. İstənilən hissələrə kəsə bilərsiniz. Almanın üzərinə qara qarağatı, qəhvəyi şəkər tozunu əlavə edib qarışdırın. Hazırlanmış içliyi soyuducuya qoyduğunuz xəmirin üzərinə tökün. Kənarda saxladığınız kiçik xəmirdən isə yarpaq formaları kəsin. Əslində istədiyiniz formaları kəsə bilərsiniz. Bu artıq sizin öz zövqünüz və bacarığınıza qalmış bir haldır. Xəmirdən kəsdiyiniz hissələri içliyin üzərinə düzün və üzərinə yumurta çəkin. Piroq 1800C-də 40-45 dəqiqəyə hazır olur. Nuş olsun!
Yemək Reseptlərimiz
![]() |
"Mimoza" salatı Tərkibi:2ədəd orta boy kartof2ədəd orta boy yerkökü2ədəd yumurta1 toyuğun döş əti200q qoz ləpəsi"Bizim Süfrə" zeytunlu mayoneziAzərduz yodlu narın xör |
![]() |
Kəsmikli asan peçenye Tərkibi: 250 qr yağsız kəsmik 1 ədəd yumurta 1 st pudra şəkəri 125 qr "Wellington" kərə yağı 1 paket vanil 1 paket qabartma tozu Aldığı qədər un Üzəri |
![]() |
Kiçik qabaq ruletləri Tərkibi: 1 ədəd böyük qabaq 2 ədəd yerkökü 1 baş soğan 2 ədəd yumurta Zövqə görə sarımsaq Un Duru yağ Duz Cəfəri Hazırlanması: Əvvəlcə qabağı uzun-uzu |
![]() |
Toyuq ətli tərəvəz salatı Tərkibi. 300 qram toyuğun döş əti 1 banka "Bizim Tarla" yaşıl noxud konservi (qarox) 1 banka knservi göbələk 2 ədəd təzə xiyar 2 ədəd "Bizim Tarla" s |
![]() |
"Qırmızı dəniz" salatı Tərkibi: 2 ədəd çuğundur 100 q. pendir 3 ədəd yumurta 300 q. krab 1 diş sarımsaq 200 q. "Bizim Süfrə" klassik mayonezi "Azərduz" yodlu narın xörək duz |
![]() |
Fransız salatı Tərkibi: 1.3-4 ədəd kartof2.3 ədəd kök3.Çuğundur4.Bir qədər ağ kələm5.1 ədəd baş soğan6.500 qr mal əti 7.Sirkə8.Soya sosu9.Qara və qırmızı istiot, Azə |
![]() |
"May" salatı Tərkibi: 500 qr toyuq filesi 300 qr göbələk 400 qr "Bizim Tarla" yaşıl noxud konservi Yarım limonun suyu Şüyüd Duru yağ "Bizim Süfrə" klassik mayonezi |
![]() |
Kahı salatı Tərkibi: 2 dəstə kahı Keşniş 3 ədəd pomidor 2 ədəd xiyar 2 ədəd kök 2x.q bitki yağı Azərduz yodlu narın xörək duzu Limon Hazırlanması: Kahı uzun-uzun, |
![]() |
Düyü yuxası ilə ətli blinçiklər Tərkibi: 300 qiymə 1 ədəd qırmızı bibər 1 ədəd soğan 1-2 dəstə göyərti (zövqə görə) Duz İstiot 1 paçka düyü unundan yuxa Su (yuxaları islatmaq üçün) 1 |
![]() |
Qırmızı bibərli göbələk salatı Tərkibi:Közlənmiş qırmızı bibərLimonlu suda pörtlədilmiş göbələkŞüyüdQarğıdalıYaşıl zeytunYaşıl soğan Sos üçün: Zeytun yağıLimon suyuNarşərab Azərduz |