Pəhriz borşu Resepti - Hazirlanma Qaydasi
Pulsuz Mobil Yuklemeler-(Yeni)
Pəhriz borşu

Tərkibi: 2 ədəd çuğundur 1 ədər yerkökü 3 ədəd kartof Pomidor (İstər təbii, istərsə də, qış üçün bağlanmış tomatlıq) ¼ hissə Pekin kələmi Bir neçə yemək qaşığı lobya (Əvvəlcədən qaynadın və borşa ən sonda əlavə edin.) 1 ədəd soğan 1 diş sarımsaq Hazırlanması: Yerkökü və çuğunduru nazik, uzun formada doğrayın. Sürtgəcdən də keçirmək olar. Soğanı və sarımsağı kiçik-kiçik doğrayın. Pomidoru isə kvadrat şəklində doğrayın. Ərzaqları zeytun yağında qızardın. Bir qədər qızardıqdan sonra qazın xodunu vam edin, tavanın qapağını ağzına qoyun və 10-15 dəqiqə belə saxlayın. Əgər borşun ləzzətli alınmağını və çuğundurun öz rəngini saxlamağını istəyirsinizsə, tavaya bir çimdik şəkər tozu əlavə edin. Kartofu kvadrat şəklində doğrayın. Əgər kartofun kraxmalı çoxdursa, onu 20 dəqiqə soyuq suda saxlayın. Kraxmal kartofdan ayrılacaqdır. Bir qazanda su qaynadın və duz tökün. Ondan sonra isə kartofu həmin qazana əlavə edin. Tavadakı tərəvəzlər yumşalandan sonra onu qazana əlavə edin və 10 dəqiqə qazanın ağzı yarı açıq halda qaynadın. Bu ərəfədə kələmi doğrayın. Demək olar ki, hazır olan supa kələm və lobyanı əlavə edin. Vam odda 10 dəqiqə də qaynadın. Yeməyin altını söndürməzdən 2-3 dəqiqə əvvəl isə yeməyə istədiyiniz ədviyyatı, eləcə də dəfnə yarpağı əlavə edə bilərsiniz. Yeməyi daha yaxşı olar ki, bişəndən yarım saat sonra süfrəyə verəsiniz. Bişmiş tərəvəzlər bir qədər qalıb bərkisə, yaxşıdır. Nuş olsun!
Yemək Reseptlərimiz
![]() |
Qaraciyərdən hazırlanmış ləziz qəlyanaltı Lazım olanlar: 500 q. toyuğun qaraciyəri 2 x.q. xama 4 ədəd yumurta 0.5 x.q. un 2 çimdik istiot 2 çimdik "Azərduz" yodlu narın xörək duzu 2 x.q. duru |
![]() |
Meksikasayağı peroşki Tərkibi: 200-300 q– toyuğun döş əti 1 baş soğan, 1 ədəd pomidor, Koservləşdirilmiş qırmızı lobya- kiçik banka, 150 q- holland pendiri, 2-3 ədəd iri la |
![]() |
Holland pendirli, vetçinalı maffinlər Tərkibi: 100 q vetçina (kolbasa da olar) 100 q holland pendiri 150 q süd 100 q "Wellington" kərə yağı 250-300 q un 2 ç.q qabartma tozu (və ya sirkədə |
![]() |
Zəncəfilli krab Tərkibi: 400 qr. soyulmuş, təmizlənmiş krab (quyruğunu saxlamaq şərti ilə) 4-5 ədəd nazik yuxa (yufka) O qədər də böyük olmayan təzə zəncəfil Qızartma |
![]() |
Paytaxt salatı Əziz xanımlar əminəm ki bir çoxumuzun evində bu salat istər ad günü istər bayramlarda,şad günlərdə hazırlanan ən xoşladığımız salatdır,düşündüm ki hər |
![]() |
Yumurta içlikli pomidor Tərkibi: Yumurta 2 ədəd Pomidor 2 ədəd Duz və istiot zövqə görə Hazırlanması: Pomidorların üst qapağını kəsirik və içini ehtiyatla təmizləyirik. Yumur |
![]() |
Üzümlü kələm salatı Tərkibi: 1/4- qırmızı kələm 1 salxım qara üzüm(şirin) 4-5 ədəd göbələk 1 ədəd baş soğan 2-3 kahı yarpağı "Zeytun bağları" zeytun yağı 0,5 x/q küncüt d |
![]() |
Ev üsulu toyuq dönəri Tərkibi: Bir toyuğun döş əti, 5 x.q "Möcüzə" qarğıdalı yağı, 5 x.q süd, 1 ç. q bibər tomatı, 1ç.q. "Bizim Tarla" tomat pastası, 1 ədəd soğan, duz, ist |
![]() |
Fransız sayağı şorba Tərkibi: 1 gül kələmi 1 ədəd soğan 1 ədəd kartof 1 ədəd yerkökü 1 ədəd kəvər Qaymaq 0.5 stəkan "Zeytun bağları" zeytun yağı 1 yumurta sarısı 2 xörək q |
![]() |
"Şaxta baba papağı" salatı Tərkibi: 6-7 ədəd kartof 6 ədəd yumurta 5 ədəd yerkökü Toyuq filesi , sarısının 3-ünü sürtkəcdən keçiririk, kartofun üzərindən mayonez, zövqə görə duz |