Macar şorbası Resepti - Hazirlanma Qaydasi
Macar şorbası

Tərkibi: 700 q mal əti 100 q quyruq yağı 700 q kartof 300 q pomidor 250 q şirin bibər 200 q soğan 2-3 diş sarımsaq 1 x.q çəkilmiş qırmızı acı bibər 1 ç.q kəklikotu Duz, istiot Hazırlanması: Əvvəlcə quyruğu xırda doğrayırıq. Sonra soğanı xırda doğrayırıq. Sonra əti tikələrə ayırın. Sonra şirin bibər uzunsov doğranılır. Pomidor kub şəklində doğranılır. Sarımsaq xırda doğranılır. Kartof da doğranılır. İndi qazana doğranmış quyruğu tökün və 50 q. soyuq suda qaynadın. Tam bişdikdən sonra yağı çıxacaq və özü qızaracaq. İndi isə quyruqları kəfkirlə çıxardın. Həmin yağa doğranmış soğan əlavə edin. Sonra qizarmiş soğanin üstünə çəkilmiş qirmizi biibəri əlavə edin. Sonra da kəklikotunu əlavə edin. Bir-iki dəqiqə qovurun. Sonra doğranmış əti əlavə edin. Sonra ətin üzərinə duz, istiot səpin. Bir az qovurun (5-7 dəqiqə). Üzərinə bir az soyuq su əlavə edin, amma suyu hələ çox tökməyin. Qapağını örtüb qaynadın. Su qaynadıqdan sonra bir saat yarım müddətində ət bişməlidir. Sonra doğranmış kartofu əlavə edin. İndi qazana 2 litr və ya 2 litr yarım isti su əlavə edin. Sonra doğranmış bibəri əlavə edin və 5-7 dəqiqə qaynadın. İndi pomidoru əlavə edin. Sonda isə sarımsağı əlavə edin. Hamısı bir yerdə qaynayandan 5 dəqiqə sonra altını söndürün. Macar şorbamız hazırdır. Nuş olsun!
Yemək Reseptlərimiz
![]() |
Pəhriz salatı Tərkibi: 0.5 kiloqram lobya 2 ədəd iri pomidor 1 ədəd bolqar bibəri 1 dəstə cəfəri Azərduz yodlu narın xörək duzu Hazırlanması: Əvvəlcə lobyaları təmi |
![]() |
Napoleon tortu Tərkibi: Xəmir: 2 yumurta300 q kərə yağı6 st. un (1 st.=200 q)100-150 ml su0,5 ç.q. duz4 x.q. sirkəBişmiş krem: 5 yumurtanın sarısı1,5 litr süd3 x.q. |
![]() |
Çəhrayı ürək tortu Tərkibi: Yumurta-2-3 ədəd Un-70 q Şəkər tozu-160-200 q Kakao-1 x.q Vanilin-1 ədəd Qabartma tozu-ədəd Çiyələk-300 1 Yoqurt-300 q Qaymaq-200 ml Jelatin- |
![]() |
Sadə salat Tərkibi: 4 ədəd kartof 50 q toyuğun döş əti 30 q xiyar turşusu 2 ədəd pomidor 2 ədəd yumurtanın ağı Mayonez 2 ədəd təzə xiyar Zövqə görə duz, istiot C |
![]() |
Yeni il üçün avakado salatı Tərkibi: Avakado- 1 ədəd Xiyar-1ədəd Bolqar bibəri-1 ədəd Təbii, şirin olmayan yoqurt-100 q Limon -1 ədəd Duz-istiot zövqə görə Kahı Zirə pomidoru Haz |
![]() |
Hisə verilmiş ətdən salat Lazım olan ərzaqlar: 250 qr hisə verilmiş mal əti 4-5 ədəd "Bizim Tarla" xiyar turşusu 2 ədəd təzə xiyar 150 qr holland pendiri 3-4 ədəd "Bizim Tarla" |
![]() |
Sadə kök salatı Tərkibi: 3-4 ədəd kök 1 paket ədviyyatlı suxari kubikləri 0,5 dəstə cəfəri 0,5 dəstə şüyüd 2-3 diş sarımsaq Mayonez Zövqə uyğun xırdalanmış qoz ləpəsi |
![]() |
QRENADER SALATI TƏRKİB: KARTOF 2 ƏDƏD,KÖK 2 ƏDƏDMAL ƏTİ 300 qr.GAVALI 100 qr.ÇUĞUNDUR 2 ƏDƏD,QOZ 100qr."Bizim Süfrə" klassik mayonezi Azərduz yodlu narın xörək duzu, |
![]() |
Dovğa -2 Bildiyiniz kimi, dovğa reseptini artıq Pərvanə xanım sayta yerləşdirib. Bu dovğanın tərkibi (göydən başqa) eyni olsa da, dadı fərqlidir. Fərqli dad ve |
![]() |
Kartof qəlyanaltısı Tərkibi: 7 ədəd kartof 50 q pendir 30 q "Möcüzə" paket yağı 1 x.q mayonez 1 x.q xırda doğranmış şüyüd 1-2 diş sarımsaq Duz Hazırlanması: Kartofu təmiz |