İdeal piroq Resepti - Hazirlanma Qaydasi
Pulsuz Mobil Yuklemeler-(Yeni)
İdeal piroq

Tərkibi: Bilinçik xəmiri: 500 ml süd, 1 x.q şəkər tozu, 7 x.q un, 1 yumurta, 2 x.q "Möcüzə" duru yağı (günəbaxan), Duz, Bir çimdik soda. Xəmirin tərkibi: 300 qr un, 70 ml su, 1/2 yumurta, 120 qr "Möcüzə"paket yağı, Zövqə görə duz. İçlik: 3 ədəd qaynadılmış yumurta, 1 toyuğun döş əti, 150-200 qr göbələk, 100 ml yağlı krem, (qaymaq da ola bilər) 2 ədəd soğan, 3 x/q "Möcüzə" duru yağı (günəbaxan), 3 x.q xama, Kişniş-şüyüd, Duz. Hazırlanması: Əvvəlcə xəmirimiz hazırlanır və kündə halına gətirilib 15 dəqiqə gözlədilir. Sonra isə blinçikimizi reseptə uyğun hazırlayırıq. Yumurtalar qaynadıldıqdan sonra kubik şəklində doğranılır. Doğradığımız yumurtanın üzərinə yaşıllığımızı da doğrayırıq. Bir azda qaymaq əlavə edirib qarışdırırıq. Tavaya duru yağ əlavə edirik və kubik şəklində doğradığımız döş ətini ora əlavə edirik. Soğanı da doğradıqdan sonra ocağa qoyub çox olmamaq şərti ilə bişiririk. Bişdikdən sonra bir az soyudub üzərinə 3 qaşıq xama əlavə edirik və qarışdırırıq. Ayrı bir tava götürürük və ora yağ əlavə edirik. Qalan bir soğaanımızı doğrayıb ora əlavə edirik. Göbələkləri də soğanın içərisinə əlavə edin və bişirin. Bişib qurtarmasına az qalmış kremini əlavə edin. Tərkibləri hazır olduqdan sonra biz orta ölçülü bir list götürürük. Hazırladığımız xəmiri iki yerə bölürük. Birini yayıb alt hissəsinə yerləşdiririk. Hazırladığımız blinçiklərimizi şəkildə göründüyü kimi ora yerləşdiririk. Birini qoyuruq. Və yumurtadan hazırladığımız içliyimizi ora töküb yayırıq. Üzərini daha bir blinçiklə örtürük. Yenidən toyuğun döş ətində hazırladığımız içliyi ora əlavə edirik və yayırıq. Üzərini blinçiklə örtürük. Sonda göbələkli içliyimizi ora əlavə edirik. Və üzərini sonuncu blinçikimizlə örtürük. Sonda qalan xəmirimizin ikinci hissəsini yayırıq və listin üzərinə hamar şəklində yerləşdiririk. Üzərinə istədiyiniz kimi bəzək verə bilərsiniz. Bəzədikdən sonra yumurta sarısını onun üzərinə yayırıq və qızdırılmış sobada bişiririk. Bişdikdən sonra üzərini bəzəyə bilərsiniz. Budur, çox dadlı görsənir. Nuş olsun!
Yemək Reseptlərimiz
![]() |
Kərəvizli, lobyalı şorba Tərkibi: 300 qr mal əti 300 qr konservləşdirilmiş lobya 600 qr kartof 200 qr kərəviz 150 qr soğan 150 qr kök 5-7 budaq kəklikotu Duz İstiot Bitki yağı |
![]() |
Evdə jülyen hazırlayaq Lazım olan ərzaqlar: Toyuq əti 300 qr Bərk pendir 150 qr 2 baş orta ölçüdə soğan 200 qr xama İstəyə görə 2 diş sarımsaq "Möcüzə" paket yağı lazım olan |
![]() |
Şamaxı plovu Tərkibi: 100 q qaragöz lobya 300 q düyü 100 q kərə yağı Lavaş 1 hisə verilmiş balıq Şəkər tozu (zövqə görə) Hazırlanması: Hisə verilmiş balıqla plovun |
![]() |
Yuqoslav salatı Xanımlar, yemək verilişərinin birindən baxib öyrəndiyim salati sizinlə paylaşmaq istəyirəm. TƏRKİBİ.Toyuq əti 300qrKartof 2 ədəd"Bizim Tarla" xiyar t |
![]() |
Manqo salatı Tərkibi: 1 ədəd manqo 1 ədəd bibər 1 ədəd soğan 200 qr toyuğun döş əti 1 ədəd pomidor 1 dəstə cəfəri Azərduz yodlu narın xörək duzu, istiot "Bizim sü |
![]() |
Sadə qəlyanaltı Tərkibi: 300 qr çəkilmiş ət 500 qr göbələk 2-3 ədəd soğan 100-200 qr xama 500 qr qat-qat xəmir 300 qr holland pendiri "Zeytun Bağları" zeytun yağı (Ər |
![]() |
Yay salatı Hər bir dövlətin özünəməxsus mətbəxi var.Bu gun mən sizə rus mətbəxinə aid olan "YAY" salatını təqdim edəcəm. TƏRKİBİ.200qr kələm3 ədəd yumurta2 ədəd |
![]() |
Mənzərə salatı Tərkibi: 1 dəstə kahı 300 qr az duzlu farel balığı 6 ədəd soyutma yumurta 1 banka zeytun 3 ədəd yerkökü 250 qr. "Bizim Süfrə" zeytunlu mayonezi 1 ədəd |
![]() |
Yay salatı (2) TƏRKİBİ.300qr toyuq əti3 dədə təzə xiyar3 ədəd "Bizim Tarla" xiyar turşusu3 ədəd istiot(sari,yasil,qirmizi)Qarğıdalı konservi1 dəstə şüyüd "Bizim Süfr |
![]() |
Almalı şuba salatı Tərkibi: 300 q duzlu balıq filesi 4 ədəd kartof 4 ədəd yerkökü 4 ədəd kiçik çuğundur 4 ədəd yumurta 2 ədəd yaşıl alma 300 q mayonez Duz Hazırlanması: |