Gül səbəti tortu Resepti - Hazirlanma Qaydasi
Pulsuz Mobil Yuklemeler-(Yeni)
Gül səbəti tortu

Tərkibi: Biskivit üçün: 5 ədəd yumurta 1 st şəkər tozu 1 st un 1 paket qabartma tozu Vanilin Krem üçün: Qaymaq 33%li -350 q Moskarpone -500 q 1 fincan şəkər pudrası Mastikanın alt kremi üçün: "Möcüzə" paket yağı -200 q Qatılaşdırılmış süd -200 q Üzərindəki dekor işləri marzipandan hazırlanıb. Hazırlanma qaydası: İlk olaraq biskivit hazırlanır. Bunun üçün yumurta şəkər tozu ilə çalınır. Üzərinə ələkdən keçirilmiş un, qabartma tozu və vanilin əlavə olunur və qaşıqla ehtiyatla qarışıdırılır. List yağlanır qarışıq listə tökülür 180 dərəcədə bişirilir. Kremi hazırlamaq üçün lazım olan ərzaqlar mikserlə yaxşı-yaxşı çalınır. Tortun üzərinə krem hazırlamaq üçün yağı mikserlə çalıb qatılaşdırılmış südə qatılır. Qaymaqlı kremi biskivitin aralarına çəkirik. İstəyə görə aralarına meyvə dilimləri də düzə bilərsiz. Biskivitin üzəri üçün isə qatılaşdırılmış süd ilə olan krem çəkilir və soyuducuya qoyulur. Marzipanı əlimizlə yumşaldıb oxlovla yayırıq. Bir az böyük yaymaq lazımdı. Soyuducudan tortu çıxarıb üzərini marzipanla örtürük. Fiqurların köməyi ilə güllər kəsilir. Yarpaq formalı fiqurla yarpaqlar kəsilir. Gülləri qurutmaq üçün yumurta qabları əla seçimdir. Orda daha rahat quruyur. Güllər xüsusi tort üçün olan simlərə bərkidilir və əzilməməsi üçün şəkildəki qaydalara əməl edilməlidi. Səbəti hazırlamaq üçün şəkildəki formalar düzəldilir. Hamısı eyni olmalıdır. Və şəkildəki kimi yığılır. Artıq səbət hazırdır. Üzərinə isə gülləri batırırıq. Buyurun, nuş olsun. Qoy həyatınız Bu tort kimi şirin, gülləri kimi gözəl olsun.
Yemək Reseptlərimiz
![]() |
Ətli lobyalı salat Tərkibi: 300 q. bişmiş mal əti 100 q. doğranmış qoz ləpəsi 300 ml. bişmiş lobya 3 x.q. "Möcüzə" yağı duru 3 x.q . "Zeytun Bağları" zeytun yağı 1 ədəd |
![]() |
Nanəli kekslər Tərkibi: "Wellington kərə yağı" - 100 qram Şəkər tozu - 80 qram Nanə - 25 qram Yumurta - 2 ədəd Qabartma tozu - 1 çay qaşığı "Rafaello" konfeti - 6 əd |
![]() |
Pomellolu meyvə salatı Lazım olan ərzaqlar: 1 ədəd alma 2 çay qaşığı şəkər Hazırlanması: Əvvəlcə pomello qabığından elə kəsilib çıxarılmalıdır ki, qabığından sonra salat qab |
![]() |
Toyuq ətindən isti yemək Tərkibi: 1 ədəd toyuq 250 q. soğan 250 q. kök 250 q. göy soğanın saplağı 120 ml. yağlı gaymaq 250 ml. toyuq şorbası 30 q. ələnmiş un 1/4 ç. q. quru kə |
![]() |
Ev üsulu toyuq dönəri Tərkibi: Bir toyuğun döş əti, 5 x.q "Möcüzə" qarğıdalı yağı, 5 x.q süd, 1 ç. q bibər tomatı, 1ç.q. "Bizim Tarla" tomat pastası, 1 ədəd soğan, duz, ist |
![]() |
Keksli şam ağacı Əziz xanımlar, qarşıdan yeni il gəlir. Yeni il süfrənizdə, əminəm ki, bir-birindən dadlı, ləzzətli nemətlər olacaq. Əzizlərim, yeni il günü sevdikləri |
![]() |
Üzümlü salat Tərkibi: Toyuq budu- 200qr Duz - 5qr Mayonez - 200qr Sərt pendir- 100qr Su - 750ml Üzüm - 200qr Yumurta - 3 ədəd Hazırlanması: Əvvəlcə toyuğun budunu |
![]() |
Ananas salatı Lazım olan ərzaqlar: 3 ədəd yumurta 2 ədəd kartof 1 ədəd kök 1 ədəd "Bizim Tarla" xiyar turşusu Toyuğun hər hansı bir hissəsi Konservləşdirilmiş qarğı |
![]() |
Kartof qəlyanaltısı Tərkibi: 7 ədəd kartof 50 q pendir 30 q "Möcüzə" paket yağı 1 x.q mayonez 1 x.q xırda doğranmış şüyüd 1-2 diş sarımsaq Duz Hazırlanması: Kartofu təmiz |
![]() |
Görüş salatı Tərkibi. 1 banka kukruz 300 qr pamidor 300 qr təzə xiyar 150 qr qırmızı soğan 200 qr brınza pendir sulu yağ Azərduz yodlu narın xörək duzu, istiot zöv |