Evdə jülyen hazırlayaq Resepti - Hazirlanma Qaydasi
Pulsuz Mobil Yuklemeler-(Yeni)
Evdə jülyen hazırlayaq

Lazım olan ərzaqlar: Toyuq əti 300 qr Bərk pendir 150 qr 2 baş orta ölçüdə soğan 200 qr xama İstəyə görə 2 diş sarımsaq "Möcüzə" paket yağı lazım olan qədər Duz, istiot zövqə görə Hazırlanması: Əvvəlcə toyuğu suda bişiririk, sonra da ətini sümükdən ayırırıq və doğrayırıq. Soğanı tavada qızardırıq. Ayrı qabda sous hazırlayırıq. Bu sousu kərə yağından da hazırlamaq olar, amma mən bilirəm ki, bizim xanımlarımız çox yağlı, kalorili yeməklərdən uzaq dururlar, ona görə də sousu xama ilə əvəz etdim. Jülyen hazırlayacağımız qabları yağlayırıq. Əvvəl toyuğun ətini qoyuruq yağlanmış qaba. Bunun üzərindən də qızarmış soğanı. Hər qabın üzərinə 1 x.q. toyuğun bulyonundan əlavə edirik ki quru alinmasın.Sonra istiotlu, sarımsaqlı sousu əlavə edirik. Axırda rəndələnmiş pendir əlavə edirik. Sobada 15-20 dəqiqə bişiririk. Jülyenlərin üzü qızarana kimi bişməlidir. Üzərini istədiyiniz göyərti ilə bəzəyə bilərsiniz. Süfrəyə verdikdə qabın qulpunu salfetlə bəzəyirik. Bu həm gözəllik verir, həm də qabın qulpu isti olduğu üçün salfetlə örtülür. Buyurun xanımlar jülyenlərimiz hazırdır, nuş olsun sizlərə!
Yemək Reseptlərimiz
![]() |
"Sandıq "salatı Tərkibi: 1 ədəd ağ çörək 300 qr yağlı pendir 1 diş sarımsaq "Bizim Süfrə" klassik mayonezi və ya xama Diş çöpü Salat üçün: Zövqünüzcə olan hər hansı b |
![]() |
Qadın.Net salatı Tərkibi. Mal əti 300qr 4 ədəd yumurta Bir banka qarğıdalı konservi 200qr suxari 200qr hörük pendir 3 ədəd "Bizim Tarla" xiyar turşusu "Bizim Süfrə" z |
![]() |
Paytaxt salatı Əziz xanımlar əminəm ki bir çoxumuzun evində bu salat istər ad günü istər bayramlarda,şad günlərdə hazırlanan ən xoşladığımız salatdır,düşündüm ki hər |
![]() |
Tərəvəz tortu Salatın tərkibi "Bizim Tarla" xiyar turşusu Kartof Yumurta Kök Çuğundur Soğan Göy noxud "Bizim Süfrə" limonlu mayonezi Azərduz yodlu narın xörək duzu, |
![]() |
Konserv balıqlı yüngül qəlyanaltı Lazım olan ərzaqlar: 1 banka yağlı balıq konservi Çörək 1 baş soğan Mayonez Duz, istiot Bərk pendir "Bizim tarla" xiyar turşusu 1-2 diş sarımsaq Bunla |
![]() |
Zənbil görnüşlü salat Salat sevən xanımlarımz üçün yeni bir salat.Buyurun baxın. Tərkibi.Göbələk 400 qrToyuğun döş əti 300 qrYerkökü 1 ədədSoğan 1 ədəd"Bizim Süfrə" klassik |
![]() |
Pomellolu meyvə salatı Lazım olan ərzaqlar: 1 ədəd alma 2 çay qaşığı şəkər Hazırlanması: Əvvəlcə pomello qabığından elə kəsilib çıxarılmalıdır ki, qabığından sonra salat qab |
![]() |
Ləziz ət salatı Lazım olan ərzaqlar: 2 ədəd kök 1 ədəd çuğundur 1 ədəd soğan "Bizim Tarla" xiyar turşusu Bişirilib xırda-xırda doğranmış ət Soya sousu "Bizim Tarla" |
![]() |
Yeni il üçün avakado salatı Tərkibi: Avakado- 1 ədəd Xiyar-1ədəd Bolqar bibəri-1 ədəd Təbii, şirin olmayan yoqurt-100 q Limon -1 ədəd Duz-istiot zövqə görə Kahı Zirə pomidoru Haz |
![]() |
Qarabaşaq unu ilə alma sıyığı Bildiyimiz kimi 2 yaşınadək körpələr üçün ana südü əvəzedilməz qidadır. Lakin 6 ayından 1 st su 1 x.q. kəsmik Uşaq peçenyesi Hazırlanması: Qazana 3 x. |