Dadlı ət şorbası Resepti - Hazirlanma Qaydasi
Pulsuz Mobil Yuklemeler-(Yeni)
Dadlı ət şorbası

Tərkibi: 500 q mal və ya qoyun əti 500 q kartof 250 q badımcan ya da yunan qabağı (kabaçok) 250 q çerri pomidoru 200 q şirin bibər 200 q soğan 150 q yerkökü 1 x.q çəkilmiş qırmızı, acı bibər Kəklikotu Qara toxum istiot Duz, istiot Göyərti Hazırlanması: Əvvəlcə soğanı xırda doğrayırıq. Sonra kök şəkildəki kimi doğranılır. Sonra əti tikələrə ayırın və saxsı qazana yığın. İndi ətin üzərinə doğranmış soğan və kök əlavə edin. Sonra soğanın üstünə 3-4 ədəd qara toxum istiot atın. Üzərinə bir az soyuq su əlavə edin, amma suyu hələ çox tökməyin. Elə edin ki, ətin üzərinə çıxmasın. İndi ağzı örtülü halda isti sobada bişirin. 180 dərəcədə 30 dəqiqəyə bişməlidir. Badımcan və ya qabaq kub şəklində doğranılır. Pomidor ikiyə bölünərək doğranılır. Sonra şirin bibər doğranılır. Kartof da doğranılır. Ət bişdikdən sonra doğranmış kartofu əlavə edin. Sonra doğranmış badımcan və ya qabağı əlavə edin. Sonra doğranmış bibəri əlavə edin. İndi pomidoru əlavə edin, sonra qazana ədviyyatları və duzu əlavə edin. Bir az da isti su əlavə edin və yenidən isti sobada bişirin. 180 dərəcədə 50-60 dəqiqəyə bişməlidir. Sonda isə kəklikotunu əlavə edin və sobanı söndürün. Süfrəyə verəndə üzərinə göyərti də səpə bilərsiniz. Dadlı ət şorbamız hazırdır. Nuş olsun!
Yemək Reseptlərimiz
![]() |
"Kahı salatı" və "Pendirli rulet" Kahı salatı Lazım olan ərzaqlar: 1 ədəd yumurta (yumurta sevənlər 2 ədəd vura bilər) 2 ədəd kartof 2 ədəd təzə xiyar "Bizim Tarla" xiyar turşusu Şüyüd |
![]() |
Cırbır Tərkibi: 1 ədəd heyva, 1 baş soğan, 2x.q "Möcüzə" duru yağı(günəbaxan), 100 qr qoz ləpəsi, 2 x.q quru nanə, 2 ədəd şirin alma, 1 stəkan bişmiş tum pax |
![]() |
"Kokteyl" dəniz məhsulları salatı Tərkibi: 0.5 stəkan qara və ya qırmızı düyü 1 ədəd avokado 50-100 qr. turşu zeytun Azərduz yodlu narın xörək duzu "Bizim Süfrə" klassik mayonezi (və y |
![]() |
Dovğa -2 Bildiyiniz kimi, dovğa reseptini artıq Pərvanə xanım sayta yerləşdirib. Bu dovğanın tərkibi (göydən başqa) eyni olsa da, dadı fərqlidir. Fərqli dad ve |
![]() |
Düyü yuxası ilə ətli blinçiklər Tərkibi: 300 qiymə 1 ədəd qırmızı bibər 1 ədəd soğan 1-2 dəstə göyərti (zövqə görə) Duz İstiot 1 paçka düyü unundan yuxa Su (yuxaları islatmaq üçün) 1 |
![]() |
Yeni il üçün avakado salatı Tərkibi: Avakado- 1 ədəd Xiyar-1ədəd Bolqar bibəri-1 ədəd Təbii, şirin olmayan yoqurt-100 q Limon -1 ədəd Duz-istiot zövqə görə Kahı Zirə pomidoru Haz |
![]() |
Konserv balıqlı yüngül qəlyanaltı Lazım olan ərzaqlar: 1 banka yağlı balıq konservi Çörək 1 baş soğan Mayonez Duz, istiot Bərk pendir "Bizim tarla" xiyar turşusu 1-2 diş sarımsaq Bunla |
![]() |
Bol vitaminli şorba Tərkibi: 2 baş soğan 2 orta boy kök 2 diş sarımsaq 3-4 kiçik kartof 1 fincan konservləşdirilmiş "Bizim Tarla" yaşıl noxud 4-5 x.q. "Bizim tarla" soyul |
![]() |
Vitaminli pomidor səbəti Lazım olan ərzaqlar: Pomidor Soğan Brokoli Gül kələm Bibər Təzə xiyar Cəfəri Limon Kahı Azərduz yodlu narın xörək duzu, istiot Zeytun yağı Hazırlanma |
![]() |
Kabab Tərkibi: 500 q çəkilmiş ət 100 q göy soğan 1 dəstə şüyüd 100 q soya sousu500 q qat-qat xəmir 1/2 ədəd qırmızı şirin bibər 1 ədəd yumurta 1 x.q küncüt |