Badambura Resepti - Hazirlanma Qaydasi
Pulsuz Mobil Yuklemeler-(Yeni)
Badambura

Hazırlanması: Xəmir üçün: Un1 ədəd yumurta150 q "Möcüzə" paket yağı1 ç.q quru maya 1 ç.q şəkər kirşanıApardığı qədər süd Bir çimdik duz İçlik üçün: 500 q badam500 q şəkər tozu Hazırlanması: Badambura Azərbaycanın milli şirniyyatlarından biridir. Hər birimiz bilirik ki, bu şirniyyata dad qatan əsas ərzaq badamdır. Badamı bir gün əvvəldən hazırlasanız, daha gözəl olar. Badamın üzərinə qaynar su tökün. Beləcə qabıqları rahatlıqla təmizlənəcək. Xəmiri hazırlayın. 1 çay qaşığı mayanı süddə açın. Burada yarım kq un, yarım çay qaşığı şəkər kirşanı, bir çimdik duz vurulub. Siz də sırf bu tərkibdən istifadə edə bilərsiniz. Sonra üzərinə 150 qram yağı və bir yumurtanı əlavə edin. Xəmiri yoğurun. Süd lazım olsa, biraz da əlavə edin. Eləcə unu da lazım olduqca əlavə edə bilərsiniz. Xəmir hazır olandan sonra isti bir yerə qoyun. Sonra isə içliyi hazırlayın. Badamı xırdalayın və şəkər tozu ilə qarışdırın. Xəmiri 4 kündəyə ayırın. Hər kündəni nazik halda açın. İstəyən kündənin sayını artıra da bilər. Lavaşların arasına yağ vurmağı unutmayın. Hər qatı yağlayın. Xəmiri əvvəlcə uzun-uzun kəsin, sonra isə onu rulet kimi qatlayın. Amma sonacan qatlamayın. Hər qatladığınız hissədən bir badambura çıxacaq. Ona görə də qatladığınız xəmirin qalınlığına özünüz qərar verin. Sonra həmin hissələri ovcunuzla basıb yastılayın. Arasına içlikdən qoyub kənarlarını şəkərbura kənarı kimi bağlayın. 2200C-də 20 dəqiqə ərzində hazır olur. Hazır badamburaların üzəri qızarmır. Sonra isə üzərinə şəkər kirşanı ələyin. Nuş olsun!
Yemək Reseptlərimiz
![]() |
Toyuq ətli salat Tərkibi: 2 ədəd toyuq filesi Karri tozu Qara istiot 1 ç.q "Möcüzə" duru yağı 5-6 ədəd kahı yarpağı 1 ədəd avokado 2 ədəd alma Yarım dəstə cəfəri 2-3 x |
![]() |
"Elba" salatı Bizə lazım olacaq: Siyənək balığı- 2 ədədPendir – 15 qr Kartof (qaynanmış)- 4 ədədBaş soğan - 1 ədədKök ( qaynanmış)-2 ədədTəzə xiyar – 1 ədəd"Bizim S |
![]() |
Pomellolu meyvə salatı Lazım olan ərzaqlar: 1 ədəd alma 2 çay qaşığı şəkər Hazırlanması: Əvvəlcə pomello qabığından elə kəsilib çıxarılmalıdır ki, qabığından sonra salat qab |
![]() |
Gündəlik salat Tərkibi: Yumurta Kartof "Bizim Tarla" turşu xiyarı Kök Toyuğun ağ əti "Bizim Süfrə" zeytunlu mayonezi Azərduz yodlu narın xörək duzu, istiot əvvəlcə b |
![]() |
Napoleon qəlyanaltısı Tərkibi: Qat-qat xəmirdən hazırlanmış 6-7 ədəd yuxa 2 ədəd kök 3 ədəd yumurta 250 konservləşdirilmiş balıq 150 qr kəsmikli yağlı pendir 1-2 diş sarıms |
![]() |
"Hədiyyə paketi"salatı Tərkibi: 200 qr mal əti. 2 ədəd kartof 3 ədəd "Bizim Tarla" xiyar turşusu 2 ədəd yerkökü 5 ədəd yumurta "Bizim Süfrə" klassik mayonezi, xama Azərduz y |
![]() |
Düyü yuxası ilə ətli blinçiklər Tərkibi: 300 qiymə 1 ədəd qırmızı bibər 1 ədəd soğan 1-2 dəstə göyərti (zövqə görə) Duz İstiot 1 paçka düyü unundan yuxa Su (yuxaları islatmaq üçün) 1 |
![]() |
Kivi peçenyesi Tərkibi: "Wellington" kərə yağı - 180 qram Şəkər kirşanı - 120 qram Yumurta - 1 ədəd Un - 350 qram Kakao tozu - 2 çay qaşığı Xaşxaş - 1 şay qaşığı Qid |
![]() |
"Butoyaş" salatı Tərkibi: 1 ədəd yaşıl bolqar bibəri 3-4 ədəd pomidor 200-300 q pendir 1 paket suxarı 1-2 x.q limon şirəsi 3 x.q "Möcüzə" duru yağı Göy soğan yarım dəs |
![]() |
Sezar salatı Tərkibi. 300 qr toyuğun döş əti 200 qr pendir parmezan 200 qr pomidor çerri 200 qr suxari Kahı "Bizim Süfrə" klassik mayonezi Azərduz yodlu narın xörə |