Almalı şuba salatı Resepti - Hazirlanma Qaydasi
Almalı şuba salatı

Tərkibi: 300 q duzlu balıq filesi 4 ədəd kartof 4 ədəd yerkökü 4 ədəd kiçik çuğundur 4 ədəd yumurta 2 ədəd yaşıl alma 300 q mayonez Duz Hazırlanması: Kök, kartof və çuğunduru təmiz yuyuruq, amma təmizləmirik. Onları bir qazanda suda bişiririk. Ayrı-ayrı qazanlarda da bişirmək olar. Sadəcə olaraq fikir verin ki, bişirdiyiniz suya bir qədər duz əlavə edin. Əgər suda bişirərkən duz əlavə etsəniz, onda salatı hazırlayarkən çox duz istifadə etməyinizə gərək qalmayacaq. Tərəvəzlərin bişmə zamanlarını da nəzərə almaq lazımdır. Kartof kök və çuğundurdan tez hazır olacaq, hardasa suyun qaynamağından 20-30 dəqiqə sonra. Kök üçün isə əlavə 30 dəqiqə də lazım olacaq. Çuğundur isə ondan 30 dəqiqə sonra tam bişir. Ona görə də qazana əlavə su da tökməli olacaqsınız. Tərəvəzlər soyuyandan sonra onları təmizləyin. Yumurtaları ayrı qabda bişirin. Yumurta su qaynadıqdan sonra 7 dəqiqə ərzində tam bişir. Onu təmizləyəndən sonra ağı ilə sarısını ayırın. Çünki ağını salata vuracayıq, sarısı ilə isə salatın üzərini bəzəyəcəyik. Balığı ya bıçaqla kiçik hissələrə doğrayın, ya da əlinizlə didin. Kartof və yerkökünü ayrı-ayrı qablarda sürtkəcdən keçirin. Almanın da qabığını soyun və rəndənin sürtkəcin iri gözündən keçirin. Çuğunduru isə sürtgəcin kiçik gözündən keçirin. Əgər çuğundurun şirəsi çox olsa onda onun şirəsini süzün. Ən sonda isə yumurtanın ağını ayrı bir qabda rəndənin iri gözündən keçirin, amma sarısına dəyməyin. İndi isə salatın yığılması prosesinə başlayaq. Əvvəlcə balığın bir hissəsini boşqaba yayın. Sonra onun üzərindən kartofu yayın və onun da üzərinə mayonez əlavə edin. Mayonezi ehtiyatla kartofun səthi boyunca yayın. Sonra isə onun üzərinə sürtkəcdən keçirilmiş yerkökünün yarısını düzün. Yerkökünü bərabər olmaqla bütün boşqabın səthi boyunca düzün və üzərinə biraz duz səpin. Yerkökünün üzərinə rəndələnmiş almanı düzün. Onun da üzərindən sürtkəcdən keçirilmiş yumurta ağlarını düzün. Mayonezi ehtiyatla yumurtanın səthi boyunca yayın. Beləcə tərəvəzləri yenidən qat-qat düzün. Hər tərəvəzdən iki qat olacaq, amma alma ilə yumurta ağları cəmi bir qatda olacaq. Qatların arasına az miqdarda duz və mayonez vurmağı unutmayın. Çuğunduru isə ən sona saxlayın. Başqa bir qabda sürtkəcdən keçirilmiş çuğunduru 1-2 qaşıq mayonezlə qarışdırın. Çuğunduru yaxşıca qarışdırdıqdan sonra onu salatın ən üst qatına qoyun. Çuğunduru ehtiyatla salatın bütün səthi boyunca düzün. Bunun üçün bıçaqdan istifadə edə bilərsiniz. Salat demək olar ki, hazırdır. Ən sonda yumurtanın sarısını salatın üzərinə rəndələyin
Yemək Reseptlərimiz
![]() |
Lavaşlı toyuq Tərkibi: Lavaş Toyuq filesi "Bizim süfrə" klassik mayonezi Palçıq turşu "Bizim tarla" pomidor tomatı Şüyüd Azərduz yodlu narın xörək duzu, istiot Zövq |
![]() |
Toyuqlu plov Tərkibi: 200 q “Möcüzə” paket yağı |
![]() |
Tısbağa görünüşlü salat Tərkibi: Yumurta- 4 ədədToyuq əti(hislənmiş)- 150 qrSoğan - 1 ədədAlma - 2 ədədPendir - 100 qrQoz - 150 qr"Bizim Süfrə" klassik mayoneziSalat yarpaqla |
![]() |
Ləziz salat Tərkibi: 150 qr kolbasa 100 qr pendir 12 dənə kiçik ölçülü pomidor 4 x.q qaymaq 2 diş sarımsaq Yaşıl soğan Hazırlanması: Kolbasa, pendir və pomidoru k |
![]() |
Yunan qabağı ruleti Tərkibi: 3 ədəd yunan qabağı 3 ədəd yumurta 1-1.5 st un 1ç.q soda Yarım dəstə cəfəri 350 q xama 1 baş sarımsaq Duz İstiot Hazırlanması: Əvvəlcə yunan |
![]() |
1 iyunda uşaqlara sürpriz Bildiyimiz kimi 1 İyun Uşaqların Beynəlxal Müdafiə günü kimi keçirilir. Dünyanın əksər ölkələrində keçirildiyi bu bayramı bizim körpələrimiz də keçir |
![]() |
Fransız sayağı şorba Tərkibi: 1 gül kələmi 1 ədəd soğan 1 ədəd kartof 1 ədəd yerkökü 1 ədəd kəvər Qaymaq 0.5 stəkan "Zeytun bağları" zeytun yağı 1 yumurta sarısı 2 xörək q |
![]() |
Toyuq ruleti Tərkibi: Toyuq filesi - 3 ədəd, Vetçina - 100-150 q, Keşniş - 1 böyük dəstə Sarımsaq - 3 ədəd "Zeytun bağları" zeytun yağı Duz, Qırmızı bibər Hazırlan |
![]() |
Holland pendirli salat Tərkibi: 200 q kolbasa 2-3 ədəd yumurta 100-150 q holland pendiri 2-3 ədəd xiyar 1 ədəd kök 200 q konservləşdirilmiş qarğıdalı 1 ədəd baş soğan Mayone |
![]() |
Pendirli rulet Tərkibi. 8 ədəd doğranmış nazik pendir 2 ədəd soyutma bişmiş yumurta 1-2 diş sarmısaq. Yarım stəkan xırda doğranılmış qoz Şüyüd "Bizim Süfrə" klassik |