"Yanğın tüstüsü yoluxucu xəstəliklərə səbəb olan mikroorqanizmlərin daş"

Ucuz Reklam yerləşdir
Ana Səhifə Qadın Dünyası Yanğın tüstüsü yoluxucu xəstəliklərə səbəb olan mikroorqanizmlərin daş
Yanğın Tüstüsü Yoluxucu Xəstəliklərə Səbəb Olan Mikroorqanizmlərin Daş
Yanğın tüstüsü yoluxucu xəstəliklərə səbəb olan mikroorqanizmlərin daş
Alimlər meşə yanğınlarının tüstüsündə təhlükəli yoluxucu xəstəliklərə səbəb olan hissəciklər aşkarlayıb. Bu hissəciklər yanğın yerlərindən minlərlə kilometr uzaqlaşa bilir. Tədqiqatçılar qeyd edirlər ki, meşə yanğınları ABŞ və Avstraliyanın bəzi yerlərində artıq mövsümi normaya çevrilirlər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2020-ci ildə ABŞ-ın qərbindəki meşə yanğınları ərazi üzrə yeni rekordlar müəyyənləşdirib və bir çox həftələr ərzində ardıcıl olaraq havanın keyfiyyətini təhlükəli səviyyəyə çatdırıb.
Alimlər artıq bu tüstünün ürək və ağciyərlərə zərər verə biləcəyini, astma və ya bronxit kimi iltihablı xəstəliklərə səbəb olacağını da öyrəniblər. Onlar müəyyənləşdiriblər ki, tüstü həm də göbələk və bakteriya hüceyrələrindəki maddələr mübadiləsinin kənar məhsullardan ibarət olan hava hissəciklərinin bioaerosol mənbəyidir. 5 mikrondan kiçik olan hissəciklər yüzlərlə, hətta minlərlə kilometr uça bilirlər. Onların hərəkəti yanğından sonra atmosferdəki vəziyyətdən asılı olur.
Yanğın mənbəyinin yaxınlığındakı tüstüdə yüksək səviyyədə cəmləşən mikroorqanizmlər infeksiyanı daha geniş ərazilərə yayan aktiv maddələrə çevrilə bilir. Deyilənlərə misal olaraq, torpaq örtüyü pozulduqda hava ilə yayılan göbələkləri - koksidioidomikozları göstərmək olar ki, onlar da öz növbəsində "Rift-Valli" qızdırması adlanan ciddi yoluxmalara səbəb olur.
Tədqiqatçılar qeyd edirlər ki, məsələnin mürəkkəbliyi yanğınların ekologiyası, mikrobiologiya, epidemiologiya, ictimai səhiyyə və yoluxucu xəstəliklər kimi müxtəlif elm sahələrindən olan ekspertlərin bu işdə fəal iştirakını tələb edir.
Bundan əlavə, tədqiqatçılar uzunmüddətli meşə yanğınları mövsümünün intensivliyinin artma tendensiyası şəraitində tüstü ilə yayılan mikrobların insan sağlamlığına təsirinin öyrənilməsi sahəsində birgə çalışmağa ciddi ehtiyac olduğunu bildiriblər.
Milli.Az /news.milli.az
Ana Sehife - Xeberler
Axtarış Buludu: Yanğın Tüstüsü Yoluxucu Xəstəliklərə Səbəb Olan Mikroorqanizmlərin Daş
Qadin Dunyasi
Len.Az - Mobil Yükləmə PortalıOnline: 2/66
DMCA.com Protection Status mobtop.az