"Varikoz xəstəliyinin 6 GİZLİ SİMPTOMU. Özünüzü yoxlayın! "

Ucuz Reklam yerləşdir
Ana Səhifə Qadın Dünyası Varikoz xəstəliyinin 6 GİZLİ SİMPTOMU. Özünüzü yoxlayın!
Varikoz Xəstəliyinin 6 GİZLİ SİMPTOMU. Özünüzü Yoxlayın!
Varikoz xəstəliyinin 6 GİZLİ SİMPTOMU. Özünüzü yoxlayın!
Varikoz xəstəliyi ilk növbədə ayaqlarda göy, şişmiş, genişlənmiş damarlarla assosiasiya olunur. Lakin bu simptomlar xəstəliyin daha gecikmiş mərhələlərində əmələ gəlir.
Əvvəl varikozun ilkin simptomları yaranır. Lakin bir çox insanlar bu simptomlara fikir vermir və ya onları yorğunluq, narahat ayaqqabı və s. kimi səbəblərlə izah edir.
Sizdə bu simptomlar varsa, vaxt itirmdən fleboloqa müraciət edin. İstənilən digər xəstəlik kimi varikoz da ilkin mərhələlərdə daha asan müalicə olunur.  
Beləliklə, varikozun ilin simptomları bunlardır: 
1. Baldırlarda qaşınma və göynəmə hissi
Qan dövranının pozulması nəticəsində toxumalarda toksinlər, ziyanlı maddələr toplanmağa başlayır. Bu da qaşınmaya, dərinin nazilməsi və soyulmasına səbəb olur.
2. Əzələlərdə qıcolmalar
Qıcolmalar əsasən gecə saatlarında  xəstəni narahat edir.
3. Ayaqların dərisinin ağarması, dərinin üzərində tünd ləkələr
Bu da çox təhlükəli simptomlardır və damarların keçiriciliyinin pozulmasına işarə edir.
4. Ayaqlarda ağrılar
Belə ağrılar əvvəl uzun müddət ərzində eyni vəziyyətdə qaldıqda inkişaf edir və tez keçir. Daha sonra isə hətta az müddət ərzində ayaq üstə dayananda əmələ gəlir və uzun çəkir.
5. Ayaqlarda keyimə hissi
6. Ödemlər (şişkinlik)
Damar qapaqlarının pis işləməsi nəticəsində toxumalarda maye yığılmağa başlayır. Bunun nəticəsində də axşamlar və xüsusilə isti havada ayaqlar şişir.  
Milli.Az /news.milli.az
Ana Sehife - Xeberler
Axtarış Buludu: Varikoz Xəstəliyinin 6 GİZLİ SİMPTOMU. Özünüzü Yoxlayın!
Qadin Dunyasi
Len.Az - Mobil Yükləmə PortalıOnline: 2/45
DMCA.com Protection Status