"Uşaqlarda bədən temperaturunun qalxması "

Ucuz Reklam yerləşdir
Ana Səhifə Qadın Dünyası Uşaqlarda bədən temperaturunun qalxması
Uşaqlarda Bədən Temperaturunun Qalxması
Uşaqlarda bədən temperaturunun qalxması
Bədən temperaturunun qalxması uşaqlarda kəskin və xroniki xəstəliklər zamanı baş verir.
Növləri:
Qızdırmanı yaradan səbəblər, uşağın yaşından digər faktorlardan asılı olaraq müxtəlifdir.
Temperaturun yüksəlmə dərəcəsinə görə subfebril (37-38 dərəcə), yüksək (39-41 dərcə), və ya çox yüksək ( 41 dərəcədəndən yüksək) ayırd edilir. Kiçik uşaqlar, adətən, yüksək hərarəti yüngül keçirirlər. Məsələn, adi KRX-də böyüklərdə  38-38,5dərəcə, körpələrdə 39-40 dərəcə ola bilər. Yadda saxlamaq lazımdır ki, çox yüksək qızdırmada maddələr mübadiləsi pozulur, infeksion xəstəliklərdə qızdırmanın olmaması orqanizmin reaktivliyinin olmaması deməkdir.
Simtomları:
Uşagın xarici görünüşünə görə hərarətin yüksəlməsindən şübhələnmək olar. Bu zaman uşağın ümumi vəziyyəti dəyişir, narahatlıq, əzginlik yaranır, iştaha azalır və ya itir. Qızdırmanın tipindən asılı olaraq uşağın dərisi qaynar, solğun, qırmızı və ya sərin ola bilər. Çox vaxt yanğı hissiyatı yaranır, körpə uşaqlarda qıcolmalar ola bilər.
Səbəbləri:
Çox miqdar xəstəliklər qızdirma ilə keçir. Ən çox virus və bakterial infeksiyalar qızdırma ilə müşayiət olunur. Allergik reaksiyalar, birləşdirici toxumanın xəstəlikləri, endokrin patologiya və s. qızdırma ola bilər.
Siz nə edə bilərsiniz:
37 dərəcəyə qədər narahat olmağa dəyməz. Əgər 38 dərəcədən yuxarıdırsa hərarəti tez-tez ölçmək lazımdır. Yüksək qızdırmada həkim gələnə qədər uşağa parasetamol, uşaq panadolu, uşaq taylenolu, vermək olar. Bu zaman uşağa çoxlu maye içirtmək, bədəni artıq geymdən azad etmək, bədəni yaş dəsmalla silmək məsləhətdir. Əgər uşaqda qıcolma başlayırsa onu yumşaq çarpayıya və ya xalçaya böyrü üstə uzatmaq və təcili yardım çağırmaq lazımdır.
Həkim nə edə bilər:
Həkim uşağı müayinə edib müvafiq müalicə təyin edəcək.
Milli.Az /news.milli.az
Ana Sehife - Xeberler
Axtarış Buludu: Uşaqlarda Bədən Temperaturunun Qalxması
Qadin Dunyasi
Len.Az - Mobil Yükləmə PortalıOnline: 2/35
DMCA.com Protection Status