"Sızanaq ləkələrindən qurtulmaq üçün sadə üsullar "

Ucuz Reklam yerləşdir
Ana Səhifə Qadın Dünyası Sızanaq ləkələrindən qurtulmaq üçün sadə üsullar
Sızanaq Ləkələrindən Qurtulmaq üçün Sadə üsullar
Sızanaq ləkələrindən qurtulmaq üçün sadə üsullar
Üzdə sızanaq olması qadınları ən çox narahat edən amillərdən biridir. Sızanaqdan sonra isə onun ləkəsi üzdən uzun müddət getmir.
Milli.Az axşam.az-a istinadən sizə bunun qarşısını almaq üçün sadə üsulları təqdim edir:
Xiyar
Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir. Ona gözəlliyin açarı da demək olar. Əksər üz və saç baxımı maskalarının hazırlanmasında xiyardan istifadə olunur.
Bal
Bal da sızanaq izlərindən xilas olmaq üçün effektli vasitələrdən biridir. Balı təmiz dəriyə tətbiq edib istədiyiniz qədər saxlayın, daha sonra su ilə yuyub qurulayın. Qısa müddətdə sızanaq izlərindən xilas olacaqsınız.
Yumurta ağı
Yumurtanın ağını bir qaba qoyun və incə qat şəklində üzə tətbiq edin. 30-45 dəqiqə gözlədikdən sonra yuyun. Qısa müddətdə izlərdən qurtulacağınızı görəcəksiniz.
Aleo vera
Aleo Vera bitkisi keçmiş zamanlardan insanların güvənərək istifadə etdiyi bir vasitə olub. Bu bitki yaraları və yara izlərini yaxşılaşdırmaqda əla vasitədir. Tərkibində aloe olan sızanaq kremlərindən istifadə etmək köməyinizə çatacaq və dəriniz düzəlməyə başlayacaq.
Alma sirkəsi
Alma sirkəsi tək qarın əritmək üçün deyil, sızanaqlar üçün də effektli təsirə malikdir. Təmiz üzünüzə sızanaq izləri olan hissələrə alma sirkəsi sürtün və yarım saat gözləyin. Bu, həm qırışların qarşısını alacaq, həm də daha hamar dəriyə sahib olmağınıza şərait yaradacaq. Hər gün tətbiq etsəniz, tez bir zamanda təsirini görəcəksiniz.
Milli.Az /news.milli.az
Ana Sehife - Xeberler
Axtarış Buludu: Sızanaq Ləkələrindən Qurtulmaq üçün Sadə üsullar
Qadin Dunyasi
Len.Az - Mobil Yükləmə PortalıOnline: 2/60
DMCA.com Protection Status mobtop.az