"Saxta ətirlərin zərərləri - Xərçəngə səbəb olur "

Ucuz Reklam yerləşdir
Ana Səhifə Qadın Dünyası Saxta ətirlərin zərərləri - Xərçəngə səbəb olur
Saxta ətirlərin Zərərləri - Xərçəngə Səbəb Olur
Saxta ətirlərin zərərləri - Xərçəngə səbəb olur
Saxta ətirlərdən uzun müddət istifadə xərçəngə səbəb ola bilər. Mütəxəssislər original parfumlərin belə tamamən zərərsiz olmadığını bildirərək, kimyəvi tərkibi olmayan təbii qoxulara üstünlük verməyi məsləhət görür.
Milli.Az medicina.az-a istinadən bildirir ki, ətirlərin təsir gördüyü ən önəmli orqanımız dərimizdir. Ona görə də mütəxəssislər onu dəriyə deyil, geyimlərimizə vurmağı məsləhət görür. Həmçinin, qoxuların təmas etdiyi yeri günəşdən qorumaq önəmlidir.
Ətirlərin ən çox təsir gördüyü ikinci orqan isə tənəffüs sistemidir. Saxta ətirlər burun tutulması, öskürək , qıcıqlanma, xroniki baş ağrısı, yorğunluq, qarın ağrısı, gözlərdə allergiya kimi problemlərə yol aça bilər. Uzun müddət saxta ətirlərə məruz qalmaq ağciyər xərçənginin yaranmasında rol oynadığı araşdırmalarda sübut edilib. Araşdırmalara görə, original ətirlərin də tamamən zərərsiz olduğunu deyə bilmərik. Buna görə də kimyəvi tərkibi olmayan təbii ətirlər seçmək sağlamlığınız üçün də önəmlidir.
Milli.Az /news.milli.az
Ana Sehife - Xeberler
Axtarış Buludu: Saxta ətirlərin Zərərləri - Xərçəngə Səbəb Olur
Qadin Dunyasi
Len.Az - Mobil Yükləmə PortalıOnline: 2/37
DMCA.com Protection Status