" "Qarımış qız"nə etməlidir? "

Ucuz Reklam yerləşdir
Ana Səhifə Qadın Dünyası  "Qarımış qız"nə etməlidir?
 "Qarımış Qız"nə Etməlidir?
 "Qarımış qız"nə etməlidir?
"Sən ailə qurmusan?" – köhnə tanışlarımızı görəndə ilk eşitdiyimiz sual bu olur. Təəssüf ki, karyera uğurları haqda deyil, məhz bu barədə soruşurlar. İnsanlar düşünürlər ki, qadın ilk növbədə nəslin artırılması üçün yaradılıb, buna görə ailəyə və uşağa mənsub olmalıdır. Onun həyatda müvəffəqiyyəti və təminatlığı hələ də daha çox bu kriteriyalarla ölçülür. Əgər qadın bunların heç birinə sahib deyilsə, cəmiyyətdə onun halına acımağa başlayırlar: "Ah… bədbəxtin həyatı alınmaylb" və ya qınayır, istehza ilə yanaşırlar. Belə hallarda siz daha çox özünüzün gərəkliliyini sübut edərək onları susdurmaq istəyirsiz.
İlk növbədə belə suallardan yayınmaq lazımdı, axı bu sənin şəxsi həyatındı. Ən acınacaqlısı odur ki, siz özünüz də bu sualları özünüzə verirsiniz. Özünüzü aldada bilməzsiniz, xüsusən də sizin artıq kifayət qədər yaşınız varsa.
Əgər sən "qarımış qızsan"sa nə etməlisən? Özünə həyat yoldaşı axtarmalı, yoxsa buna önəm verməməli?
Sosioloqların fikrincə, tənha qadınlar son zamanlar kütləvi hal alıb. Bunun da obyektiv səbəbləri var. Bilirik ki, qadınların sayı kişilərin sayını üstələyir, bu fərq yaşla da artır, kişilərdə yaşama müddəti azalıb, vaxtından əvvəl ölüm halları artıb.
Əksər kişilərdə zərərli adətlər, qanunla, sağlıqla, işlə bağlı, yaşayış yeri ilə problemlər var. Bununla yanaşı, indiki qadınlar maliyyə azadlığına və bərabərliyə can atırlar, karyerada da müvəfəqiyyətlidirlər, bu gələcək həyat yoldaşı və uşağın atasına yüksək tələblər qoyulmasına gətirib çıxarır. Müasir qadınlar yanlarında, ətrafında onunla bərabər səviyyədə kişini görmək istəyirlər.
Bəs nə etməli: bu vəziyyətlə barışmalı və ya çıxış yolu tapmalı? İlk növbədə müəyyənləşdirin "qarımış qız" ifadəsinə necə yanaşırsınız.
Tənha qadınlar 3 kateqoriyaya bölünür: birincilər – öz vəziyyətlərnə fəlsəfi yanaşaraq: "hələ özlərinə uyğun gələnini tapmayıblar" – deyə qeyd edirlər.
İkincilər – bu vəziyyətə görə kompleks keçirirlər. Belə qadınlar kiminləsə yaxınlaşmaq istəyirlər, amma qorxurlar.
Üçüncü kateqoriya – bu feministlərdi, kişiləri öz diqqətlərinə layiq görmürlər və karyeraları ilə məşğul olurlar. Bu cür klasifikasiyaya baxmayaraq onların hamsı yalnızdır və bu, faktdır. Onlar hansı kateqoriyaya aid olmalarına baxmayaraq, xoşbəxtliyə çatmaq üçün fərqlı yollarla getməli olurlar.
Müasir dünyada evlilik artıq qadın üçün tam təminatlılıq hesab edilməsə də, cəmiyyət üçün hansı izahı verməyindən asılı olmayaraq hər normal qadın ailəyə, sevimli şəxsə, uşaqlara sahib olmaq istəyir. Özünüzü aldatsanız da, təbiəti aldatmaq olmaz. Adətən ictimai qınaqdan, fikirdən qorunaraq bu qadınlar subaylıq səadətləri barədə nağıllar uydururlar. "Mən ərə getmək istəmirəm" və ya "Mənim uğurlarım var və mənim heç nəyə ehtiyacım yoxdu, mənə heç kim lazım deyil" və s. Bu cür ifadələri işlətməklə onlar suallardan yayınırlar. Hətta hərdən zəif, sevimli və kimdənsə asılı olmaq istəyən ən güclü qadına belə təklik tam təminatlıq vermir. Zəif cinsin nümayəndələri bu suallarla özlərini yormağa başlayir: "Mənim niyə kişilərlə bəxtim gətirmir?". Nənəyə çevrilmədən həyata açılışın. Öz yalnızlığını müvəqqəti hesab edib ondan qurtulmaq üçün hər vasitəyə can atan qadınların şansı öz vəziyyətləri ilə barışan qadınlardan daha çoxdu.
Əlbəttə, yalnızlığın öz müsbət tərəfləri də var – öz həyatınızın sahibisiniz. Heç kim sizi əsəbləşdirmir, başqalarının çatışmayan cəhətləri ilə barışmaq, kiminsə fikri ilə razılaşmaq lazım deyil. Siz düşünürsünüz ki, ərə getməklə öz individuallığınızı itirəcəksiniz. Bu cür düşünməyə davam edin: zamanla bu cür ilyuziyalı qorunma sizi həyatın bütün gözəlliklərindən məhrum edəcək. Siz axı istəmirsiniz ətrafınızdakılar sizi qapalı, kompleksli, bədbəxt hesab etsinlər.
Cavab verin, hansı kişi sizin dərində gizlədilmiş daxili sərvətinizi kəşf etmək istəyəcək? Razılaşın ki, belə könüllülər artıq yoxdu.
Siz hələ öz səadətinizə qovuşmaq planını hazırlamamısınız? Hələ də gözləyirsiniz özü zənbillə göydən düşəcək? Ruhdan düşməyin, üçüncü sürətə keçin və cəsarətlə öz xoşbəxtliyinizə doğru addımlayın. Bu gun tanışlıq üçün geniş imkanlar var, internet. iş və istirahət yerləri və idman zalları – variantlar çoxdu, təki istək olsun. Öz xoşbəxtliyinizi axtarmaqdan çəkinməyin, məqsədyönlü şəkildə şəxsi həyatınızın qurulması ilə məşğul olun. Əks tərəfin mövqeyi sizə heç nə verməyəcək.
Lakin problemin üzərində çox ilişib dayanmayın. Biri ilə alınmadısa məyus olmayın.
Özünüzü inkişaf etdirməklə məşğul olun. Qadın yalnızlığının səbəblərinin əksəriyyəti statik problemlərdən asılı yox, şəxsidi. Bu psixoloji və fiziki məhdudiyyətlər, qapalılıq, davranış streotipləridi. Bunların hamısını ailənin yaranması hələlik təxirə salınsa da, harmoniya yaradan psixoloqların, ağıllı kitabların, dietaların, idmanın köməyilə, öz üzərinizdə işləməklə aradan götürə bilərsiniz. Əsas sirr bizim daxilimizdə, beynimizdədir. Öz komplekslərinizi dəf edin, həmişə yadda saxlayın ki, siz hamıdan füsunkar, cəzbedicisiniz. Sizin özünəinam hissiniz ətrafdakılarına da sirayət edəcək. Məlumdur ki, kişilər özünə güvənli qadınları daha çox sevir. Həyata pozitiv və sadə yanaşın, hər kəsdə müsbət cəhətləri axtarın və sizdə hər şey mütləq alınacaq!
Ana Sehife - Xeberler
Axtarış Buludu:  "Qarımış Qız"nə Etməlidir?
Qadin Dunyasi
Len.Az - Mobil Yükləmə PortalıOnline: 2/54
DMCA.com Protection Status mobtop.az