"Nağılların uşaqlara təsiri "

Ucuz Reklam yerləşdir
Ana Səhifə Qadın Dünyası Nağılların uşaqlara təsiri
Nağılların Uşaqlara Təsiri
Nağılların uşaqlara təsiri
Nağıllar uşağın tərbiyəsində mühüm rol oynayır. 2016-cı ildə İngiltərə və Portuqaliyadan olan alimlər tarixdəki ilk nağılın 6 min il əvvəl yazıldığını aşkar edib. Bu günlərdə dünyanın müxtəlif xalqlarının valideynləri övladlarına yatmazdan əvvəl nağıl oxuyur. Bu cür hekayələr sayəsində uşaqlar yaxşı və pis arasındakı fərqi daha asan anlaya bilir və müxtəlif həyat şəraitinə hazır ola bilir.
Bu yaxınlarda alimlər təcrübə apararaq, nağılların uşaqların emosional vəziyyətinə də təsir göstərə biləcəyini və stresslə daha asan mübarizə aparmaqlarını müəyyən edib. Hər şeydən əvvəl nağıllar valideynlər tərəfindən tərbiyə məqsədləri üçün istifadə olunur. Uşaqlar bir çox məlumatları böyüklərin nitqi ilə deyil, hekayələr şəklində daha yaxşı qavrayır. Buna görə bəzi ana və atalar övladlarına yaxşı vərdişlər öyrətmək üçün hekayələr danışır. Məsələn, bir uşağa həmişə sıyığı axıra qədər yeməyi öyrətmək üçün, ona "təmiz qalmaq istəyən boşqab" haqqında nağıl danışmaq olar. Bu cür hekayələrin yazılması çox xəyal tələb etmir, lakin uşaqlara yaxşı dəyərlər aşılayır.
Nağlların şəxsi zehn məhsulu kimi danışılmasında uşaqlar da iştirak edə bilər, bu onların zehninin inkişafına və valideynlərə yaxınlaşmasına imkan verir.
Nağılların uşaqlara təsiri barədə daha çox məlumat əldə etmək üçün Braziliya alimləri uşaq reanimasiya şöbəsindən olan 81 xəstə arasında təcrübə aparıb. Sevgi və etibar hormonu (oksitosin) və stress (kortizol) hormonunun səviyyəsini qiymətləndirmək üçün xəstəxana işçiləri ilə söhbətdən bir dəqiqə əvvəl və sonra uşaqlardan ağız suyunun nümunələri götürülmüşdür. Nəticədə alimlər nağıl və tapmacaların oksitosin səviyyəsini artırdığını və kortizol konsentrasiyasını azaldığını, yəni uşaqların daha əmin və sakit olmasını müəyyən edib.
Milli.Az /news.milli.az
Ana Sehife - Xeberler
Axtarış Buludu: Nağılların Uşaqlara Təsiri
Qadin Dunyasi
Len.Az - Mobil Yükləmə PortalıOnline: 2/58
DMCA.com Protection Status mobtop.az