"Mutasiyalı virusun qarşısını necə almaq olar? "

Ucuz Reklam yerləşdir
Ana Səhifə Qadın Dünyası Mutasiyalı virusun qarşısını necə almaq olar?
Mutasiyalı Virusun Qarşısını Necə Almaq Olar?
Mutasiyalı virusun qarşısını necə almaq olar?
COVİD-19 virus infeksiyasının müxtəlif mutasiyaları var. Hazırda ən çox narahatlıq doğuran "Britaniya ştammı" da daxil olmaqla, üç variant mövcuddur: B.1.17, B.1.357 və P1 variantları. Həmin mutasiyalar virusun hüceyrəyə daxil olmasını asanlaşdıraraq virusların yoluxduruculuq qabiliyyətinin artmasına səbəb olur.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu həkim-infeksionist Mədinə Abdullayeva bildirib.
"Britaniya ştammı"na aid olan virusun yoluxduruculuğu 40 faiz artırdığı göstərilib. Həmin mutasiyalarla bağlı ölüm sayında artma olub-olmayacağı barədə çox böyük narahatlıq var. Təhlükəli cəhət ondan ibarətdir ki, hər üç mutasiyanın xəstəliyi keçirən və ya peyvənd olunanlarda əmələ gələn qoruyucu anticisimlərdən yayınaraq təkrar yoluxmağa səbəb ola biləcəyi güman edilir. Lakin bu, hələ tam dəqiqləşmiş məlumat deyil. Hər üç mutasiyanın meydana gəldiyi ölkələrdə virusun həmin variantı çox sürətlə yayıldı və dominantlıq təşkil etməyə başladı. Bu onu göstərir ki, vaxtında qarşısı alınmadıqda mutasiyaya uğramış virus sürətlə yayıla bilir. Məşhur bir həkimin dediyi kimi, bir virusun daha çox mutasiyaya uğramaması üçün ən yaxşı yol onun yayılmasının qarşısını almaqdır. Bu da yalnız qorunma qaydalarına riayət edərək və əhalinin sürətlə peyvənd olunması hesabına mümkündür", - M.Abdullayeva qeyd edib.
Milli.Az /news.milli.az
Ana Sehife - Xeberler
Axtarış Buludu: Mutasiyalı Virusun Qarşısını Necə Almaq Olar?
Qadin Dunyasi
Len.Az - Mobil Yükləmə PortalıOnline: 2/55
DMCA.com Protection Status mobtop.az