"Koronavirusu gözlərdən belə müəyyən etmək olacaq "

Ucuz Reklam yerləşdir
Ana Səhifə Qadın Dünyası Koronavirusu gözlərdən belə müəyyən etmək olacaq
Koronavirusu Gözlərdən Belə Müəyyən Etmək Olacaq
Koronavirusu gözlərdən belə müəyyən etmək olacaq
Böyük Britaniya alimləri tədqiqatlar apararaq koronavirus zamanı insan gözündə yaranan əlamətləri aşkarlayıblar.
Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu əlamətlərdən biri Günəş və ya süni işığa məruz qaldıqda, xüsusən də kompüter ekranlarına və mobil cihazların ekranlarına baxan zaman narahatlığın yaranmasıdır.
Alimlərin fikirncə, qaşınma və işığa dözümsüzlük bir çox xəstəliyin əlaməti olsa da, əksər hallarda bu yeni növ koronavirusun əlaməti kimi ortaya çıxır.
Tədqiqat zamanı mütəxəssislər müəyyən ediblər ki, hətta korlar belə koronavirusa yoluxduqları zaman gözlərində narahatlıq hiss edirlər.
Bir müddət əvvəl isə Uhan oftalmoloqları koroanvirusun təkcə ağciyər və selikli qişa hüceyrələrini deyil, eyni zamanda, göz toxumalarını da yoluxdura biləcəyini açıqlamışdı.
Mütəxəssislər koronavirus infeksiyasına yoluxan qadının gözlərinin hüceyrələrində SARS-CoV-2 hissəciklərinin protein qabığının qırıqlarını tapıblar. Bundan sonra qadında ciddi görmə problemləri meydana gəlib.
Milli.Az /news.milli.az
Ana Sehife - Xeberler
Axtarış Buludu: Koronavirusu Gözlərdən Belə Müəyyən Etmək Olacaq
Qadin Dunyasi
Len.Az - Mobil Yükləmə PortalıOnline: 2/59
DMCA.com Protection Status