"Koronavirusa yenidən yoluxmanın səbəbi bu imiş "

Ucuz Reklam yerləşdir
Ana Səhifə Qadın Dünyası Koronavirusa yenidən yoluxmanın səbəbi bu imiş
Koronavirusa Yenidən Yoluxmanın Səbəbi Bu Imiş
Koronavirusa yenidən yoluxmanın səbəbi bu imiş
Həkimlər bu qənaətə gəlib ki, koronavirusa yenidən yoluxma halları immunitetin azalması fonunda və ya orqanizmdə patogenin aktivləşməsi nəticəsində baş verir.
Milli.Az xəbər verir ki, tədqiqatın nəticələri "BMJ Case Reports" jurnalında dərc edilib. Bir insanın yenidən koronavirus xəstəliyinə tutulması halları olduqca nadirdir, bu səbəbdən də alimlər həqiqətən xəstəliyin təkrarlanması və ya virusun uzun müddət mövcud olması ilə əlaqəli birmənalı nəticəyə gəlməmişdi. Yale Universitetinin tibb fakültəsinin mütəxəssisləri 40 yaşlı kişinin ilk yoluxmadan dörd ay sonra yenidən virusa yoluxma səbəblərini araşdırıb.
Xəstə ilk dəfə xəstəxanaya 2020-ci ilin aprelində müraciət edib. Nəfəs almaqda çətinlik çəkib, eyni zamanda şəkərli diabeti, tiroid funksiyası çatışmazlığı olub. Müalicə zamanı xəstədə ağırlaşmalar baş verib, mədə qanaması, sətəlcəm və böyrək çatışmazlığı ortaya çıxıb. Müalicələrdən sonra kişi sağalıb və evə buraxılıb.
Lakin onda dörd ay sonra yenidən koronavirus aşkarlanıb və boğulma hücumları başlayıb, bununla da yenidən klinikaya yerləşdirilib. İkinci dəfə xəstəlik daha yüngül keçib və bir həftə sonra xəstə evə buraxılıb.
Tədqiqatçılar xəstədə iki ayrı infeksiya yoluxmasının olduğu qənaətinə gəlib. Belə ki, pasiyent ikinci yoluxmanı ilk yoluxmadan qazandığı immunitet fonunda daha asan keçirib. (publika.az)
Milli.Az /news.milli.az
Ana Sehife - Xeberler
Axtarış Buludu: Koronavirusa Yenidən Yoluxmanın Səbəbi Bu Imiş
Qadin Dunyasi
Len.Az - Mobil Yükləmə PortalıOnline: 2/47
DMCA.com Protection Status