"Günbəgün koronavirus: ƏLAMƏTLƏR "

Ucuz Reklam yerləşdir
Ana Səhifə Qadın Dünyası Günbəgün koronavirus: ƏLAMƏTLƏR
Günbəgün Koronavirus: ƏLAMƏTLƏR
Günbəgün koronavirus: ƏLAMƏTLƏR
Koronavirusun yayıldığı Uhan şəhərində mütəxəssislər iki araşdırmaya başlayıb.
Milli.Az xəbər verir ki, birinci çalışmada COVID-19-un erkən əlamətlərindən olan yüksək temperaturun 12 gün, öskürəyin isə daha uzun müddət davam etdiyi bildirildi. Araşdırmaya görə, 191 xəstənin 45 faizi xəstəxanadan buraxıldıqdan sonra öksürməyə davam edir. Nəfəs darlığı problemi isə 13 gün sonra sona çatır, amma həyatlarını itirənlərdə son anlarına qədər davam edir.
Xəstəliyin başlamasından etibarən xəstəxanadan çıxma vaxtı 22 gün, ölüm müddətinin isə 18, 5 gündür. Uhan Universiteti Zhongnan xəstəxanasının araşdırmasına görə, ilk simptomlardan nəfəs darlığına qədər keçən zaman beş gündür. Bu yeddi gün sonra xəstəxanaya yatış və səkkizci gün isə nəfəs aparatı ilə davam edir. Amma mütəxəssislər xəstələrin böyük bir hissəsində ilk 7 gündə simptomların çoxunun itdiyini və yoluxanların yaxşılaşdığını söyləyib.
Birinci gün: Xəstələrdə temperatur yüksəlir, əzələ ağrısı və quru öskürək ortaya çıxar. Bununla birlikdə yorğunluq da yaşana bilər. Bəzilərində isə bir-iki gün ishal və ya bulantı ola bilər.
Beşinci gün: Virusa yoluxan insanın xroniki xəstəliyi varsa, yaşlıdırsa nəfəs darlığı olaraq da bilinən "dyspnea" ortaya çıxa bilər. Bu zaman nəfəsalma getdikcə çətinləşir.
Ən çətin 7-ci GÜN
Yeddinci gün: Bəzi xəstələr yoluxmadan sonra şiddətli nəfəs darlığı yaşaya bilərlər. Həkimlər tez-tez sinə ağrısı, nəfəs darlığı yaşayan, üzü və dodaqları mavi rəngə dönən xəstələrin tez zamanda tıbbi yardım almalı olduqlarını deyir.
Digər tərəfdən, yeddinci gün, xəstələrin büyük əksəriyyəti üçün (təxminən 85-i) simptomların azalmağa başladığı dövrdür.
Səkkizinci gün:, Ağciyərlər həyati orqanlara yetərli oksigen ötürmədiyi üçün Kəskin Tənəffüs Distress Sindromu yaşana bilər.
Onuncu gün: Nəfəs almaqda çətinlik çəkən xəstələr 10-cu gündə reanimasiyaya girməlidir.
On ikinci gün: Uhanda aparılan ilk araşdırmaya görə, xəstələrdəki temperatur bu gündə sona çatır. Virus 13-cü günün sonundan yoxa çıxır. /medicina.az
Milli.Az /news.milli.az
Ana Sehife - Xeberler
Axtarış Buludu: Günbəgün Koronavirus: ƏLAMƏTLƏR
Qadin Dunyasi
Len.Az - Mobil Yükləmə PortalıOnline: 2/59
DMCA.com Protection Status mobtop.az