"Gənc yaşda olarkən qocalmamağın yolu "

Ucuz Reklam yerləşdir
Ana Səhifə Qadın Dünyası Gənc yaşda olarkən qocalmamağın yolu
Gənc Yaşda Olarkən Qocalmamağın Yolu
Gənc yaşda olarkən qocalmamağın yolu
Yaponiya Seva Tibb Universitetinin professoru, gənc yaşda qocalmamağın yolunu açıqlayıb. Həkim Hiroşi Hiraizumi yaşlanma hissinin, fiziki fəaliyyətin az olduğunun göstəricisi olduğunu bildirir. Beləliklə, o, müntəzəm olaraq dartınma (sallanmaq, əzələ və oynaqları maksimum dərəcədə büküb-açmaq) hərəkətlərini yerinə yetirməklə əzələləri və bədəni tonusda saxlamağı məsləhət görür.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, həkim deyir: "Əzələlər elastik olur, qan dövranı yaxşılaşır, əzələlərin və orqanların maddələr mübadiləsi aktivləşir, bu da qocalmanın qarşısını alır". Bundan əlavə, həkim ev şəraitində olan iş rejimi ilə əlaqəli idman etməyin vacibliyini vurğulayıb. Mütəxəssis bəzi məşqlər, hətta pilləkəndə edilə biləcəyini söyləyib. Bu şəraitdə müxtəlif fiziki hərəkətlər etməklə gün ərzində gümrah olmağa nail olmaq olar.
Mütəxəssislər bədəni cavan saxlayan bir sıra məhsulları da qeyd edib. Onlardan əsasən qozu qeyd etmək olar. Qoz xolesterol səviyyəsini tənzimləyən və ürək xəstəliyinə tutulma riskini azaldan omeqa-3 turşuları ilə zəngindir.
Milli.Az /news.milli.az
Ana Sehife - Xeberler
Axtarış Buludu: Gənc Yaşda Olarkən Qocalmamağın Yolu
Qadin Dunyasi
Len.Az - Mobil Yükləmə PortalıOnline: 2/44
DMCA.com Protection Status