"Doğuşdan sonrakı hipopituitarizm sindromu "

Ucuz Reklam yerləşdir
Ana Səhifə Qadın Dünyası Doğuşdan sonrakı hipopituitarizm sindromu
Doğuşdan Sonrakı Hipopituitarizm Sindromu
Doğuşdan sonrakı hipopituitarizm sindromu
Bu neyroendokrin sindrom doğuş və abortdan sonra coxlu qanitirmədən və ya bakterial şokdan damar spazmı, yaxud qanın damardaxili laxtalanması sindromu nəticəsində, hipofizdə nekrotik dəyişikliklərin inkişafı ilə əlaqədar əmələ gəlir. Bu sindromun əmələgəlmə səbəblərindən biri də hestozlardır.
Klinikası:
Endokrin vəzilərin - ilk növbədə qalxanvari, böyrəküstü və cinsiyyət vəzilərinin müxtəlif dərəcəli hipofunksiyası ilə səciyyələnir.
Hipofiz vəzin trop hormonlarının çatışmazlığından asılı olaraq sindrom tam və natamam formalara bölünür.
Klinik gedişatına görə yüngül və ağır formalara ayırd edilir.
Diaqnostika:
Sorğu əsasında xəstəliyin başlanmasının doğuş və ya abortdan sonrakı ağırlaşmalarla əlaqədar olduğu aşkarlanır, erkən zahılıq dövründə aqalaktika qeyd olunur.
Hormonal müayinələr vasitəsilə hipofizin trop hormonlarının hipofunksiyasının forma və ağırlıq dərəcəsini və bunun nəticəsi kimi bu vəzilərin periferik hormonlarının konsentrasiyasının enməsini aydınlaşdırmaq olur.
Müalicə:
Xəstəliyin formasından asılı olaraq əvəzedici hormonal terapiya aparılır.
Milli.Az /news.milli.az
Ana Sehife - Xeberler
Axtarış Buludu: Doğuşdan Sonrakı Hipopituitarizm Sindromu
Qadin Dunyasi
Len.Az - Mobil Yükləmə PortalıOnline: 2/27
DMCA.com Protection Status