"Az yatmaq nəyə səbəb olur? - Ağlı itirmə və ... "

Ucuz Reklam yerləşdir
Ana Səhifə Qadın Dünyası Az yatmaq nəyə səbəb olur? - Ağlı itirmə və ...
Az Yatmaq Nəyə Səbəb Olur? - Ağlı Itirmə Və ...
Az yatmaq nəyə səbəb olur? - Ağlı itirmə və ...
İngiltərə alimləri orta yaşdakı yetkinlər üzərində aparılan araşdırma 6 saat və daha az yatan adamlarda sonrakı yaşlarda ağlını itirmə riskinin daha yüksək olduğunu ortaya qoyublar.
Milli.Az Lent.az-a istinadən bildirir ki, "The Wall Street Journal"ın yazdığına görə, araşdırmalar gecələr 6 saat və daha az yatan 50 yaş aralarında olanların irəli dövrlərində ağlını itirmə ehtimalının eyni yaş qrupunda gecələr 7 saat yatanlara görə 22 faiz yüksək olduğunu göstərib.
Ağlını itirmə kimi zehni sağlıq problemi riski gecələr 6 saat və daha az yatan 60 yaş aralarında olan adamlarda isə eyni yaş qrupunda gecələr 7 saat yatanlara görə 37 faiz yüksək olur.
Alimlərin bir qrupu az yatmağın ağlı itirməyə səbəb olub-olmayacağı barədə bitərəfdir.  
İngiltərə alimləri iştirakçılara hər 4-5 ildə bir anketlər verərək onların yuxu nizamları ilə bağlı məlumatlar toplamış və irəliləyən yaşlarda görünən zehni sağlıq problemləri ilə az yatmaq arasında əlaqə olduğu qənaətindədirlər.
Araşdırma zamanı 1985-ci ildən etibarən təxminən 8 min adam izlənilib. 25 ildən çox icra edilən elmi təcrübə bu sahədəki ən uzun ardıcıl araşdırma qəbul edilir.
Tədqiqat işinin nəticələri "Nature Communications" jurnalında dərc olunub.  
Milli.Az  /news.milli.az
Ana Sehife - Xeberler
Axtarış Buludu: Az Yatmaq Nəyə Səbəb Olur? - Ağlı Itirmə ...
Qadin Dunyasi
Len.Az - Mobil Yükləmə PortalıOnline: 2/88
DMCA.com Protection Status mobtop.az