"Qripə qarşı təbii mualicələr"

Ucuz Reklam yerləşdir
Qripə Qarşı Təbii Mualicələr
Sarımsaq Güclü virus və mikrob əleyhinə tasirə malik olan sarımsaq qrip və soyuqdəymə zamanı ən effektli təbii vasitələrdəndir. Sarımsağı tez-tez salatlara əlavə edin. Həmçinin xüsusi sarımsaq suyu hazırlamaq olar. 5 diş sarımsağı blenderdən keçirin, üzərinə 1 stəkan isti (qaynar yox!) su tökün, su soyuyanda süzün, 1-2 x.q. bal əlavə edin. Dəmləməni gün ərzində hər dəfə 1-2 x.q. olmaqla için. Zəncəfil Ən güclü virus əleyhinə vasitələrdən biridir. Zəncəfilli-limonlu çay qrip və soyuqdəymənin simptomlarını yüngülləşdirir, öskürək və zökəm zamanı yardım edir, immuniteti gücləndirir, sağalmanı tezləşdirir. Çaya bal da əlavə edə bilərsiniz. Sarıkök Mütəxəssislər qrip və soyuqdəymənin ilk simptomlarında bal və sarıkök əlavə olunmuş süd içməyi tövsiyə edirlər. Bu qarışım güclü virus əleyhinə vasitədir. 1 stəkan çox da isti olmayan südə (təxminən 40 C) 1 c.q. sarıkök və 1 x.q. bal əlavə edin, qarışdırın və için.
Axtarış Buludu: Qripə Qarşı Təbii Mualicələr
Oxu Zali
Len.Az - Mobil Yükləmə PortalıOnline: 2/19
DMCA.com Protection Status