"Hamiləlik zamanı diş ağrısı – stomatoloqa gedərkən nəyi bilmək lazımdı"
Hamiləlik Zamanı Diş Ağrısı – Stomatoloqa Gedərkən Nəyi Bilmək Lazımdı
Hamiləlik zamanı qadının orqanizmi dəyişir – hormonal fon, metabolik proseslər yenilənir. Bu, ağıl dişinin qəflətən çıxamasına səbəb ola bilər. Hamiləlik dövründə mikroelement və vitaminlər qanla cift vasitəsilə dölə ötürülür. Bu, qadın orqanizmində hipovitaminoz və mineral çatmamazlığına səbəb olur. Nəticədə dişlərin emal qatı zədələnir, diş tacları kövrəkləşib dağılır. Bunun qarşısını almaq üçün, hələ hamiləliyə hazırlıq dövründə diş həkiminə getmək lazımdır. Baxış zamanı stomatoloq doğuşa qədər müalicə və ya çıxarılmağa ehtiyacı olan bütün problemli dişləri təyin edir.
Hamiləlik dövründə dişlərin müalicə xüsusiyyətləri
Hamiləlik dövründə bütün dərman vasitələri dölə ziyan vura bilər: inkişaf qüsurları, orqanların çatmamazlığı, inkişafdan qalma və s. ola bilər.
Bu dövrdə sistem təsirli ağrıkəsicilərin tətbiqi qadağandır. Eyni zamanda, əgər, qadında güclü ağrıya səbəb ola biləcək tibbi manipulyasiyalar aparılarsa – düşük baş verə bilər.
Hamilənin dişini müalicə etmək mütləqdirmi?
Bəzi hallarda dişləri müalicə etmək mütləqdir, əks təqdirdə ana və uşağın həyatı üçün risk yarana bilər. Belə vəziyyətlərə aşağıdakılar aiddir:
diş ətinin iltihabi xəstəlikləri – kəskin və ya xroniki parodontit, kistlərin yaranması;
diş tacının xəstəlikləri – kariyes, travma;
periodontit – diş ətrafındakı toxumanın iltihabı;
dişin daxili toxumasının iltihabı – pulpit.
Bu xəstəliklərin hamiləlik zamanı müalicəsinin öz xüsusiyyətləri var. Hamiləlik vaxtı dişlərin plomblaşdırılması üçün bütün materiallar istifadə edilə bilər, çünki, onlar qana keçmir. Materialların bərkiməsi üçün xüsusi lampa istifadə olunur, o, təhlükəsizdir və yerli təsir göstərir.
Anesteziya tətbiq etmək olarmı?
Yerli təsirli preparatlardan kiçik dozada istifadə eləmək olar, çünki güclü ağrı özü-özlüyündə düşüklə nəticələnə bilər. Bu zaman pasient həkimi öz hamiləliyi haqqında xəbərdar etməlidir ki, o, ağrısızlaşdırma üçün ən az əlavə təsiri olan dərman seçsin.
Nəyə icazə verilmir?
Hamiləlik dövründə aşağıdakı vasitə və manipulyasiyalar qadağandır:
ümumi narkoz;
ağartma proseduru;
dişə arsen (rusca mışyak) qoymaq (daha təhlükəsiz olan digər vasitələrlə əvəz edilir).
Diqqət! Hamiləlik vaxtı stomatoloji prosedurlar çox nadir hallarda aparılmalıdır. Müalicə yalnız mütləq göstərişlər əsasında aparıla bilər. Əgər onlar yoxdursa, bütün manipulyasiyalar doğuşdan sonrakı dövrə keçirilir.

Oxu Zali