"Çox asan pizza"

Ucuz Reklam yerləşdir
Çox Asan Pizza
Tərkibi:
Xəmir üçün:
1 stəkan yarım ilıq su
2 çay qaşığı quru maya
yarım çay qaşığı şəkər
1 çay qaşığı duz
4 stəkan un
1/4 stəkan əridilmiş marqarin

Üzəri üçün:
sosiska
pomidor
qarğıdalı
qara zeytun
pendir
əlavə də zövqünüzə görə nə istəsəniz

Hazırlanması:
İlıq su,maya və şəkəri kiçik bir qabda qarışdırın, şişənə qədər gözlədin. Un və duzu geniş bir qabda qarışdırın və ortasını açaraq yağ və mayanı əlavə edin. Qarışdırın. Üzərinə yüngülcə un səpərək xəmirinizi yoğurun. Üzərini bezlə qucaqlayaraq yarım saat istirahət etdirin.İstədiyiniz böyüklükdə (2 parça tövsiyə edirik) oxlovla açın. Üstünə pomidor püresini yaydıqdan sonra qalanlarını yerləşdirin. Ən son pendiri də əlavə 200 dərəcədə 15-20 dəqiqə bişirin.

Nuş olsun!
Axtarış Buludu: Çox Asan Pizza
Oxu Zali
Len.Az - Mobil Yükləmə PortalıOnline: 2/39
DMCA.com Protection Status