"3 aylıq körpənin baxımı"

3 Aylıq Körpənin Baxımı
Körpələrin üç ayında hansı dəyişikliklər müşahidə olunmalıdır? Qidalanmasında və qulluğunda nələrə diqqət edilməlidir ? Həmin zaman körpələrlə hansı oyunlar oynanıla bilər? Sualların cavabı: Körpələr üç ayında hansı hərəkətləri etməlidir: Ağlamağı azaldır, səs və mimik hərəkətlərlə nazlanır,ətrafdakılarla ünsiyyət qurmağabaşlayır. *** Tək qalanda etirazını bildirir.Sosiallaşmağa can atır. *** Fərqli rəng və oyuncaqlara marağı artır. Onunla ünsiyyətdə olanlara qarşı münasibəti dəyişir. *** Ona uzadılan əşyaya tərəf uzanır,tutur və bir neçə saniyə saxlaya bilr. *** Yavaş-yavaş hərəkət edən obyekti sağdan-sola və ya əksinə izləyə bilir. ***. Hər hansı obyekti izləmək üçün başını qaldırır. *** Üzüaşağı yatanda dirsəklərinə dəstəklənərək başını qaldırır. *** Körpələrdə görülən dəyişikliklər: Baş və boynuna nəzarət edir, fəallığı artır. *** Hərəkətləri daha da inkişaf edir. Hər şeyi (su şüşəsini və ya əmziyini) gözləyir, tutur və əmmək üçün ağzına aparır. *** Əl və barmaqları ilə maraqlanır,uzun müddət onlara baxır.Əlindən istifadə etməyi öyrənir, obyektə uzadır. *** Görməsi normallaşır.Obyektləri bütün detalları ilə görür. *** Yatma, oyanma və qidalanma vaxtları rejimə düşür. *** Oyunlar: Unutmayın ki, körpəylə oynayarkən onunlaüzbəüz dayanmağınız onlara daha maraqlıdır. Birbaşa üzbəüz durub baxın. *** Bir neçə oyuncaq göstərin.Bunun üçün əlvan rəngli, səsinə qulaq asa biləcəyi, toxuna biləcəyi, bir sözlə, onda maraq oyadacaq oyuncaqlar seçilməlidir. Ağzına apardığı zaman udmaq riski olmayacaq qədər böyük oyuncaqlar seçməyə diqqət yetirin. Uzadılan oyuncaqlardan daha çox bəyəndiyini tutmağa kömək edin, bu onu cəsarətləndirir. *** Körpənin əlinə kiçik bir zınqırov verin, yelləyib səs çıxarmağı öyrədin. *** Arabir qucağınıza alın və gəzdirərək ətraf aləmi fərqli görməsini təmin edin. *** Onun etdiyi hərəkətlərdən sevindiyinizi göstərin-oxşayıb əzizləyin,adını tez-tez çəkin. *** Körpənizə mahnı oxuyun rəqs etməyə də çəkinməyin.Körpədən diqqət və sevginizi əsirgəməyin. *** Qidalanması: Yalnız ana südü və pediatrınızın məsləhət gördüyü sıyıqla qidalandırın. *** Südünüzü zəruri hallarda vermək üçün yığaraq soyuducuda 24 saat, buzxanada isə 8 həftə saxlaya bilərsiniz. *** Həkim məsləhəti olmadan qatı qidalara başlamayın. *** Körpənin istirahətinə, balanslı qidalanmasına və gün ərzində yetərincə maye qəbul etməsinə diqqət edin. *** Körpəyə qulluq: Kiçik ölçülü oyuncaqları körpədən uzaq tutun. *** Körpə yatanda onun yüksəklikdən yıxılmaması üçün çarpayısını diqqətli seçin. *** Körpəni çölə çıxaranda öz geyiminizdən bir az qalın geyindirsəniz bəs edər. Siz bir kofta ilə çıxdığınız zaman körpəni üç ədyala bükmək lazım deyil. *** Körpənin normal inkişafını daha dəqiq bilmək və BSJ peyvəndini almaq üçün həkimə aparmanız vacibdir. ***
Axtarış Buludu: 3 Aylıq Körpənin Baxımı
Oxu Zali
Len.Az - Mobil Yükləmə PortalıOnline: 2/458
DMCA.com Protection Status