16 Aprel, 2021 • 22:33:43
Hi, Guest!
Login Qeydiyyat
Reklam
Library | Umumi Bolme
1 2 >>

Xosbext Evliliyin Sirleri

Tags:xosbext | evliliyin | sirleri
Added:Admin (21.03.2021 / 18:29)
Rating:rating 5 article (0)
Reads:23
Comments:0
Xoşbextlik açarı insanların qapısının önündedir
Mütexessisler bele bir fikir de seslendirirler ki, ailede yaxşı münasibetleri davam etdirmeyi bacaran insanlar gündelik heyatlarında bir-biri haqqında menfi hiss ve düşüncelerinin müsbet elametlere tesir etmesine icaze vermeyenlerdir. Bele insanlar bir-birilerinin ümid ve isteklerini destekleyir, ortaq bir meqsed üzerinde aile qurduqlarını düşünürler. Bele qenaete gelinib ki, münasibetlerin normal olması üçün heyat yoldaşı ile aradakı dostluğu güclendirmek lazımdır. Şefqeti paylaşmaq, stressi kenara atmaq, heyat yoldaşınızla mehriban ünsiyyeti davam etdirmek lazımdır. Ailede bu münasibetlerin pozulmasına sebeb olan müxtelif amiller var. Amerikalı psixoloqların fikrince, aile münasibetlerinin bitmesinin başında aldatma ve ailedaxili şiddet gelir. ABŞ-da aparılan araşdırmaya göre, ailde 60 faiz kişiler, 40 faiz ise qadınlar heyat yoldaşlarını aldadırlar. Kişilerin aldatma sebebleri heyat yoldaşı ile dostluq qura bilmemesi, fikirlerini bölüşe bilmemesi gösterilir. ABŞ-da 35 ildir 3 min cütlük üzerinde aparılan araşdırmalar onların ayrılma sebeblerinin eyni problemlerden qaynaqlandığını ortaya çıxarıb.Evlilik heyatında bir çox şey müşterek, ancaq gözlenilenler ferqli de ola biler. İller keçse de heyat yoldaşları bir-birilerine prioritetlerinin ne olduğunu konkret bir şekilde dile getirmeye bilirler. Xüsusile de kişiler ne istediklerini anlatmaqda, özlerini ifade etmekde çox sıxıntı yaşayırlar. O da melum olub ki, evlilik heyatında kişinin qadından gözledikleri ümumilikde qadınınkından daha çoxdur. Bele ki, her ikisi de iş yerinde çalışıb yorulsa da, kişi eve daxil olduqda “çox yoruldum” deyib uzanır, qadının ise bele bir şansı olmadığı üçün üstelik kişi ondan bir de gözel yemek gözleyir. Evin seliqeli olmasını, geyimlerinin temiz ve ütülü, hetta içeceyi bir stekan suyu bele qadının getirmesini gözleyir. En önemlisi ise kişiler analarından gördükleri qarşılıqsız şefqet, sevgini heyat yoldaşlarından gözleyirler. Heyat yoldaşlarının “sual kitabı” deyil, “cavab açarı” olmasını, deyinmesile başının şişirtmesini, göz yaşlarını tökmemesini isteyir.Belelikle, kişiler qadından anası qeder şefqetli heyat yoldaşı, güveneceyi sadiq, her şeyi paylaşa bilecek dost, söhbet ede bileceyi, qelbine yaxın mükemmel bir ürek gözleyirler. Evli şexslerle bağlı aparılan araşdırmalar neticesinde bele qenaete gelinib ki, evlenmek isteyen ferdler önce özlerini, sonra da evlenecekleri şexsleri tanımalıdırlar. Xoşbextlik açarı insanların qapısının önündedir, onu başqa yerde axtarmayacaqsınız. Boşanmaq bir hell yolu deyil ve en son helldir. Evlilye yalnız ferdler deyil, aileler, medeniyyet de daxildir.Esas şert qarşılıqlı inam hissidir.Psixoloq Taryel Faziloğlu Milli.-a açıqlamasaında deyir ki, xoşbext evliliyin esas şerti qarşılıqlı inam hissidir: “Aile quran cütlükler aile qurmadan bir-birlerine ne qeder inandıqlarını gözden keçirmelidirler. Bu gun qurulan ailelerin qısa müddetde ailedaxili münaqişelere girmelerinin kökünde aile qurarken qarşılıqlı inam hissi olmadan, sadece seksual celbetme üzerinde qurulmasıdır. Bu da qısa bir müddetden sonra tükenir ve cütlükler arasında soyuqlaşma ve isteksizlik yaranmağa başlayır. Neticede qarşılıqlı şübheler, qısqanclıqlar meydana gelir ki, ekser bu tip ailelerin sonu boşanma ile bitir”. Psixoloqun fikrince, ikinci esas şert düşünce terzlerindeki uyğunluğun olmasıdır: “Bele olmadıqda aile quran cütlüklerin tam ferqli maraqlarının olması evvelce cüzi mübarizeye, sonra da açıq münaqişeye çevrilir ki, bu da ailenin sonunu getirir. Basqa bir esas şert de cütlükler arasında qarşılıqlı bir-birlerini itirme qorxusunun cüzi de olsa, öz aktuallığını qorumasıdır. Bu hiss onların münasibetlerini her zaman teze tutacaq ve daim qarşı terefe diqqetli olmağa sövq edecek”.

İnsanlar temenna üzerinde aile qurmamalıdırlar
Sosioloq Ehmed Abbasbeyli ise bildirdi ki, müeyyen dövrlerde hansısa göstericiler deyişir: “Azerbaycanda göstericiler bele idi ki, daha çox qız ve oğlan terefin insanları bir-biri ile dil tapırdılar. Daha çox o aileler mesuliyyet daşıyırdılar. Bu günleri zemane gencleri daha çox bir-biri ile tanış olurlar, özleri aile qurmağa çalışırlar. Yeni artıq valideynlerin bu sahede rolu azalıb. Eyni zamanda gencler daha müasir düşünürler, daha serbestdiler. Meselen, evveller qadının işleme problemi vardısa, bu gün artıq bu, bele deyil, qadınlar normal çalışırlar. Düşünürem ki, xoşbext aile üçün, ilk növbede, her iki teref hem, oğlan, hem qız bir-birini başa düşmelidirler, güzeşte getmelidirler, qarşılıqlı hörmet olmalıdır. Her iki terefin valideynlerine hörmet olmalıdır. İnsanlar temenna üzerinde aile qurmamalıdırlar”.Sosioloqun fikrince, diger terefden ise ola biler ki, çox gözel bir ünsiyyet qurulur ve sevgi olur, aile qurulur: “Sonra bir çox sosial problemler hemin münasibetlere kölge sala bilir. Bu menada onların sosial, maddi problemleri gerek münasibetlere kölge salmasın. Ele bir aile yoxdur ki, orada söz- söhbet olmasın. Ve her iki terefin yaxınları problemleri daha çox aradan qaldırmağa çalışmalıdırlar, neinki şişirdib, daha da böyüdüb ailenin dağılmasına sebeb olacaq seviyyeye çatdırmalıdırlar. Bu menada böyüklerin ağsaqqallığı, müdrikliyi mühüm rol oynayır. İster-istemez yeni qurulan, xüsusile genc ailelerde bir müddetden sonra müeyyen xarakter toqquşması olan bir an olur. Xaricde aile qurmadan önce uzun müddet bir yerde yaşayırlar ve bir-birini tanıyırlar, xarakterleri uyğunlaşır. Bu cür nikahlar geniş yayıldığına göre, xarakter toqquşmasına az-az rast gelinir. Azerbaycan ailelerinde müxtelif ailelerden gelirler, müxtelif xarakterler, aile münasibetleri müxtelif cür olduğuna göre müeyyen müddetden sonra xarakter toqquşması labüddür. Hemin toqquşmalar dövründe hem gencler, hem de onların valideynleri bu toqquşmanı söndürmek istiqametinde iş görmelidirler. Teessüf ki, bizde bezi valideynler bunu qızışdırmağa çalışır ve neticede de boşanmaların sayı artır. Normal insan xoşbext aile qura ve bu aile uzun müddet davam ede biler”.

Xoşbextlik sevgiden başlayıb dostluqda bitmelidir
“Temiz dünya” İctimai Birliyinin sedri Mehriban Zeynalova ise Milli.-a bildirdi ki, xoşbext aile anlamı eslinde mücerreddir, xoşbext ehval-ruhiyye ile bağlı formalaşan psixoloji bir haldır: “Eger bizim üzümüze kimse gülürse ve biz onun sevincini hiss edirikse, bundan xoşbextik. Lakin bezi hallarda bunu xoşbextlik kimi qiymetlendirmirik. Bezi insanlar ele düşünür ki, ailede daim her iki teref gülümsemelidir ve bu, xoşbextliyin açarıdır. Eslinde bele deyil, aile cemiyyetle temasda olan bir institutdur. Cemiyyetde baş veren hadiseler aileye transfer olunur, odur ki, eger cemiyyetde hansısa neqativ hallar varsa, aile bundan yan keçe bilmir, bu, sosial-psixoloji durum adlanır. Bele hallarda adeten eyni fikirli ve bütün çetinlikleri birge daşıya bilmeyen cütlükler arasında münaqişeler başlaya bilir. Lakin aile üzvleri bir-biri ile dost ola bilirse ve birinin fikrini elementar jestlerden oxuya bilirse, hemin an bu jestlere uyğun hereketler edirse,
Download txt | fb2
1 2 >>
Online: 2 Qonaq: 7
Len.Az - Mobil Yukləmə Portalı
Анализ сайта - PR-CY Rank MobTop.az
Каталог сайтов